Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi yaşayacaqdır
12.12.2022 22:10

Bu gün Oğuz Rayon Mərkəzi Xəstəxanasında Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

 

Aztibb.az-a Oğuz RMX-dan verilən xəbərə görə, tədbirdə xəstəxananın direktoru Anar Əzizov, baş həkim Şəlalə Tahirova, inzibati işlər üzrə müavin İradə Məmmədova, Oğuz RMX-nın SİHİ-nın sədri Qorxmaz Hümmətli, eləcə də tibb və qeyri tibb işçiləri iştirak ediblər.

 

Öncə Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbiri giriş sözü ilə müəssisənin direktoru Anar Əzizov açaraq ulu öndər Heydər Əliyevin istər sovet imperiyası dövründə, istərsə də müstəqillik illərində misilsiz xidmətlərindən, bütün həyatını xalqına, vətəninə, millətinə həsr etməsindən danışıb.

 

Daha sonra İradə Məmmədova və Qorxmaz Hümmətli  Heydər Əliyevin uzaqgörən siyasətindən, Azərbaycanı yeni əsrə, yeni minilliyə müstəqil, qüdrətli dövlət kimi tanıtmasından bəhs ediblər.

 

Sonda Şəlalə Tahirova Heydər Əliyevin insanların sağlamlığı, səhiyyə və tibb elminin inkişafındakı əvəzsiz xidmətlərindən söz açıb. Bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi yaşayacaqdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır