Ulu Öndərin xatirəsi ATU-da da ehtiramla anılıb
12.12.2022 18:46

Bu gün Azərbaycan Tibb Universitetində (ATU) ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş mərasim keçirilib.

 

Universitetdən Aztibb.az-a verilən məlumata görə, ATU-nun rektoru, professor Gəray Gəraybəyli Azərbaycan xalqının ümummilli lideri, müasir, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin Azərbaycan tarixində ən böyük şəxsiyyətlərdən biri olduğunu bildirib. Qeyd edib ki, Azərbaycanın 30 ildən artıq bir dövrünün hərtərəfli inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun xalqımız, dövlətimiz və tariximiz qarşısında xidmətləri misilsizdir.

 

Rektor qeyd edib ki, keçmiş günlərə nəzər saldıqda, Ulu Öndərin Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından uğurla çıxara bildiyini görürük. O zaman müxtəlif qüvvələrin təsiri nəticəsində Azərbaycanın dövlətçiliyi, ərazi bütövlüyü sual altında idi. Məhz Heydər Əliyevin müdaxiləsi, onun yürütdüyü müdrik siyasət nəticəsində bu təhlükələr sovuşdu. Azərbaycan dövlətçiliyi bütün qüvvələrə qalib gəldi.

 

Gəray Gəraybəyli bildirib ki, Ulu Öndərin fəaliyyətinin hər günü sülhün, insanlığın, demokratiyanın təntənəsinə, inkişafa, abadlığa, firavanlığa xidmət edib: “Bu gün əminliklə, tam qətiyyətlə deyə bilərik ki, ümummilli liderimizin bütün arzuları reallaşmışdır. Ulu öndərin siyasi varisi, Ali Baş Komandanımız, möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında müqəddəs torpaqlarımız düşməndən azad edilmiş, bütün Azərbaycan abadlıq meydanına çevrilmişdir. Ölkəmiz təkcə regionun deyil, bütün dünyanın qabaqcıl və qüdrətli dövlətlərindən biridir. İndi ölkəmizin adı dünyanın ən mötəbər yığıncaqlarında, beynəlxalq tədbirlərdə qürur və ehtiramla çəkilir. Dövlət rəhbərimiz, cənab prezident İlham Əliyevin nüfuzu, misli görünməmiş sərkərdəlik şücaəti və diplomatik qərarları Azərbaycanı ən uca zirvələrə qaldırmışdır”.

 

Epidemiologiya kafedrasının müdiri İbadulla Ağayev çıxış edərək Heydər Əliyevin Azərbaycanın tərəqqisi, inkişafı naminə atdığı addımları xatırladıb. Qeyd edib ki, dahi lider nitqində malik olduğu kamillik və zabitəli xarakteri ilə daim digər dövlət rəhbərlərindən seçilirdi. Ulu Öndərin Azərbaycan naminə atdığı möhtəşəm addımlar heç zaman unudulmayacaq.

 

Tibbi terminologiya və anatomiya kafedrasının müdiri Anar Abdullayev Heydər Əliyevin hər bir Azərbaycan vətəndaşının ən ülvi hislərini, səmimi sevgisini, məhəbbətini qazanmış dahi şəxsiyyət olduğunu vurğulayıb: “Məhz ulu öndərin sayəsində Azərbaycanın dünya arenasında yeri, mövqeyi addım-addım, qətiyyətlə möhkəmləndirilmişdir. Onun uzaqgörən və məqsədyönlü siyasəti sayəsində müstəqilliyimizin dönməzliyi təmin edilib və Azərbaycan böyük intibah yoluna qədəm qoyub”.

 

Daha sonra ATU-nun 3-cü kurs tələbəsi Məhəmməd Məmmədov ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib. O, Ulu Öndərin gənclərin rifahı üçün yaratdığı imkanlardan, gənc nəslin inkişafına göstərdiyi davamlı qayğıdan bəhs edib.

 

Sonda tədbir iştirakçıları Ümummilli Liderin zəngin həyat və yaradıcılığını əks etdirən filmi izləyiblər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır