“Azərbaycan-Türkiyə Neonatologiya Konqresi” keçirilib
10.12.2022 17:25

10 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş “Azərbaycan-Türkiyə Neonatologiya Konqresi” keçirilib.

 

Aztibb.az xəbər verir ki, koonqresin rəsmi açılış hissəsindən öncə təşkilat komitəsinin üzvləri və rəsmi qonaqlar Fəxri xiyabanı ziyarət edib, ümummilli lider Heydər Əliyevin məzarı önünə tər çiçəklər qoyaraq onun əziz xatirəsini dərin ehtiramla yad ediblər. Təşkilat Komitəsinin üzvləri və rəsmi qonaqlar daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyev və professor Tamerlan Əliyevin də məzarları üstünə gül dəstələri qoyublar.

 

Hibrid formatda 500-ədək dinləyicinin iştirakı ilə həyata keçirilən konqres Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

 

Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi tibb xidməti general-mayoru t.ü.f.d. Ceyhun Məmmədov açılış nitqi ilə çıxış edərək dinləyici və qonaqları salamlayıb. İlk növbədə, o, hər kəsi Ulu Öndərin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etməyə dəvət edib.

 

Çıxışı zamanı görkəmli dövlət xadimi, müstəqil Azərbaycanın qurucusu və dünya miqyaslı siyasətçi Heydər Əliyevin rəhbərliyi dövründə ana və uşaq sağlamlığının qorunması istiqamətində həyata keçirilən fəaliyyətlər barədə geniş məlumat verən C.Məmmədov hazırda bu siyasətin cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

 

Pediatriya və neonatologiya sahəsində mütəxəssislərarası təcrübə mübadiləsinin təmin edilməsi məqsədilə təşkil edilmiş Konqresin Azərbaycan və Türkiyədən olan həkimlər arasında davamlı əməkdaşlıq imkanları yaradacağına inandığını qeyd edən C.Məmmədov çıxışının sonunda bütün iştirakçılara uğurlar arzu edərək Konqresin işini açıq elan edib.

 

Konqresin rəsmi açılış hissəsində eyni zamanda Səhiyyə nazirinin müavini t.ü.f.d. dosent Nadir Zeynalov, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini t.e.d. Rəşad Mahmudov, Səhiyyə Nazirliyinin baş neonatoloqu, ETMGİ-nin Neonatal reanimasiya şöbəsinin müdiri Rüstəm Hüseynov, Türkiyənin Başakşehir Çam və Sakura Xəstəxanasının professoru Merih Çetinkaya da çıxış ediblər.

 

Açılışda çıxış edən spikerlər ana və uşaq sağlamlığının qorunması istiqamətində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirərək İdarə rəhbərliyinə təşəkkür ediblər. Konqresin rəsmi açılış hissəsi Mərkəzi Gömrük Hospitalının Neonatologiya və pediatriya şöbəsinin fəaliyyətini əks etdirən video-çarxın nümayiş etdirilməsi ilə yekunlaşıb.

Zoom platforması ilə yanaşı, Mərkəzi Gömrük Hospitalının rəsmi feysbuk hesabı üzərindən də canlı yayımlanan konqresdə “Neonatal reanimasiyada sıx rast gəlinən hallar”, “Yenidoğulmuşlarda respirator dəstək strategiyaları” və “Neonatologiyada genetik skrininq metodları” başlıqlı 3 paneldə ümumilikdə 8 məruzə təqdim olunub. Azərbaycan və Türkiyənin yüksəkixtisaslı mütəxəssisləri tərəfindən təqdim olunmuş məruzələrdə ən son tibbi məlumatlar əks olunub.

 

Florence Nightingale Xəstəxanalar Qrupunun, Fetal Genetik Mərkəzin, Səhiyyə Televiziyasının, Unity Company, Bübchen və Ascent MMC şirkətlərinin əməkdaşlığı ilə həyata keçirilmiş konqres Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları“ əsasında akkreditasiya olunaraq 8 DTT balı ilə qiymətləndirilib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır