Bakıda V Beynəlxalq Uroonkologiya Simpoziumunda dünya şöhrətli mütəxəssislər iştirak ediblər
10.12.2022 17:20

Dekabrın 10-da Bakıda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin (MOM) və Azərbaycan Onkoloqlar Cəmiyyətinin təşkilatçılığı ilə hibrid formatda V Beynəlxalq Uroonkologiya Simpoziumu keçirilib.

 

Aztibb.az AZƏRTAC-a istinadla xəbər verir ki, Beynəlxalq Uroonkologiya Simpoziumunu giriş sözü ilə açan Milli Onkologiya Mərkəzinin baş direktorunun müavini, tibb üzrə fəlsəfə doktoru Fuad Quliyev tədbir iştirakçılarına MOM-un baş direktoru, akademik Cəmil Əliyevin salamlarını çatdırıb və mərkəzin fəaliyyəti ilə bağlı geniş məlumat verib. Bildirilib ki, simpoziuma Azərbaycanla yanaşı, Türkiyə, Almaniya, Qazaxıstan, Özbəkistan və Gürcüstandan uroonkoloji xəstəlikləri üzrə aparıcı mütəxəssislər də qatılıblar.

 

Simpoziumda prof.dr Volkan Tuğçu (Türkiyə), prof.dr. Axel Heidenreich (Almaniya), prof.dr. David Nikoleişvili (Gürcüstan) kimi dünya şöhrətli mütəxəssislərin, həmçinin yerli və əcnəbi uroonkoloqların “Prostat vəzi xərçəngi: erkən diaqnostikasından müalicəyə”, “Robotik prostatektomiyada sinir-qoruyucu texnikalar ”, “Uroonkoloji laparoskopiyada mürəkkəb hallar”, “Pelvik cərrahiyyənin fəsadlarına yanaşma”, “Renal transplantasiyadan sonra yaranan uroonkoloji xəstələrə yanaşma”, “Laparoskopik nefrouereterektomiya: distal ureterə yanaşma ”, “Yuxarı trakt urotelial karsinomada retroqrad cərrahiyyə”, “Böyrək törəmələrinin laparoskopik müalicəsi”, “Aşağı boş venanın trombu ilə müşayiət edən böyrək xərçənginə yanaşma”, “Sidik kisəsi xərçənginin radikal cərrahi müalicəsinin nəticələri”, “Yerli yayılmış böyrək xərçəngində cərrahi müalicənin effektivliyi”, “Radikal nefrektomiyadan sonrakı residivlərin risk faktorları”, “Prostat vəzi xərçənginin HİFU üsulu ilə müalicəsində gələcəyi”, “Prostat vəzin xərçəngində paliativ cərrahiyyə: Yeni texnologiyalar”, “Böyük prostat vəzi üçün HOLEP və ya TULEP?”, “Uretral darlığın cərrahi müalicəsi”, “Hədəf biopsiyası üçün mikro-ultrasəs sistemin yeri”, “Böyrək rezeksiyası zamanı parenximadakı dəyişikliklər”, “Prepubertal xaya şişləri” və “Uretral travmanın cərrahi müalicəsi” mövzularında məruzələr dinlənilib.

 

Tədbirdə məruzələr üzrə onkologiyanın aktual problemləri, müasir dövrdə onkoloji xəstəliklərin müalicəsində tətbiq edilən yeniliklər müzakirə olunub, geniş təcrübə mübadiləsi aparılıb, elmi–tədqiqat işlərinin təqdimatının əhəmiyyəti vurğulanıb.

 

Sonda Azərbaycan Respublikasının Elmi-Tibbi Şurası tərəfindən akkreditasiyadan keçmiş simpozium iştirakçılarına sertifikatlar təqdim edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib