Azərbaycan Kardiologiya Cəmiyyətinin XI Milli Konqresinin açılış mərasimi olub
10.12.2022 15:56

Azərbaycan Kardiologiya Cəmiyyətinin XI Milli Konqresinin açılış mərasimi keçirilib.

 

Aztibb.az-a bu barədə İcbari Tibbi Sığorta Agentliyindən bildirilib.

 

Tədbirdə iştirak edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev ürək-damar sistemi xəstəliklərinin müayinə və müalicəsi ilə bağlı icbari tibbi sığortanın Xidmətlər Zərfində yer alan tibbi xidmətlər barədə məlumat verib. O, bildirib ki, aorta-koronar şuntlama, ürək qapaqlarının dəyişdirilməsi və təmiri, anadangəlmə ürək qüsurlarının cərrahi müalicəsi və bir sıra digər əməliyyatlar icbari tibbi sığorta ilə təminata alınıb.

 

Açılış mərasimində çıxış edən TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov ürək-damar sistemi xəstəliklərinin dünyada insan ölümünə səbəb olan əsas faktorlardan olduğunu xatırladıb və konqresin bu xəstəliklərlə mübarizədə əhəmiyyətini vurğulayıb.

 

Qeyd edək ki, Azərbaycan Kardiologiya Cəmiyyətinin XI Milli Konqresində Azərbaycandan və digər ölkələrdən kardioloqlar iştirak edirlər.

 

Tədbirin keçirilməsində məqsəd ölkəmizdə kardiologiyanın inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini birgə müzakirə etməkdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır