Qəbələ Rayon Mərkəzi Xəstəxanasında ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
09.12.2022 19:08

Qəbələ Rayon Mərkəzi Xəstəxanasında ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.

 

Xəstəxanadan Aztibb.az-a verilən məlumata görə, tədbirdə Qəbələ RMX-nın direktoru Ceyhun Əhmədov, terapevtik xidmətlər üzrə müavin Fikrət Cəfərov, İlkin səhiyyə xidmətinin rəhbəri Kamal Məmmədov və müəssisənin digər tibbi və qeyri-tibbi əməkdaşları iştirak ediblər.

 

Əvvəlcə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbiri giriş sözü ilə müəssisənin direktoru Ceyhun Əhmədov açaraq görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətlərdən olduğunu vurğulayıb. O, Ümummilli Liderimizin torpaqlarımızın azad olunması istiqamətində əsasını qoyduğu işin onun layiqli davamçısı möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla başa çatdırılmasının Azərbaycanın ən böyük qələbəsi olduğunu bildirib.

 

Daha sonra Terapiya şöbəsinin müdiri Şahanə Pənahova və Həmkarlar Şurası İttifaqının sədri Samir Şərifov dünyaşöhrətli siyasətçi Heydər Əliyevin Azərbaycan xalqının həyatında misilsiz xidmətlərindən bəhs ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır