"Sumqayıt Narkomaniyaya yox deyir" mövzusunda tədbir keçirilib
09.12.2022 18:51

Sumqayıt Tibb Mərkəzinin (STM) tabeliyində olan 3 nömrəli Ailə Sağlamlıq Mərkəzində "Sumqayıt Narkomaniyaya yox deyir" mövzusunda tədbir keçirilib.

 

STM-dən Aztibb.az-a bildirilib ki, tədbirin keçirilməsində məqsəd narkotiklərdən zərər çəkmiş yetkinlik yaşına çatmayanların fərdi reabilitasiyasının və cəmiyyətə inteqrasiyasının həyata keçirilməsidir.

 

Pediatrların iştirak etdiyi tədbiri 3 nömrəli ASM-in baş həkimi Maisə İsmayılova giriş sözü ilə açaraq bildirib ki, narkomaniya insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, həyat və sağlamlığına böyük təhlükə yaradan bəlalardan biridir.

 

M.İsmayılova yetkinlik yaşına çatmayanlarla həkimlərin sıx işləməli olduğunu qeyd edib və mənfi halların qarşısının almağında tibb işçilərinin böyük rolunun olduğunu vurğulayıb.

 

Sonra 3 nömrəli ASM-in ailə həkimi Nazilə Məmmədova sözügedən mövzuda geniş təqdimatla çıxış edib. O, bu dəhşətli bəlanın insan sağlamlığına vurduğu zərərlərdən, törətdiyi fəsadlardan bəhs edib.

 

Məruzəçi yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli və düzgün təşkil edilməsi, sağlam həyat tərzinin təbliğindən danışıb.

 

STM-in direktor müavini - İlkin səhiyyət xidmətinin rəhbəri İlkin Namazov isə bu kimi tədbirlərin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

 

İ.Namazov bildirib ki, narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur.


Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən tədbirdə iştirakçıları maraqlandırn suallar cavablandırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır