TƏBİB-in əməkdaşları “XIII Beynəlxalq sağlıq və xəstəxana idarəçiliyi” konfransında iştirak ediblər
09.12.2022 15:17

30 noyabr-04 dekabr 2022-ci il tarixlərində Türkiyə Cümhuriyyətinin Antaliya şəhərində Səhiyyə Akademikləri Assosiasiyası (SAD) və Şimali Karolina Pembrok Universitetinin təşkilatçılığı ilə “Səhiyyənin maliyyələşdirilməsində müasir yanaşmalar və qanunvericilikdə innovasiyalar” mövzusunda “XIII Beynəlxalq sağlıq və xəstəxana idarəçiliyi” konfransı keçirilib.

 

TƏBİB-dən Aztibb.az-a bildirilib ki, tədbirdə TƏBİB-in Maliyyə Departamentinin rəhbəri vəzifəsini icra edən Xəyal Cəlilov, Maliyyə departamentinin baş mütəxəssisi Aqil Səfərov, Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədov və s. iştirak ediblər.

 

Konfransda “Səhiyyə müəssisələrində maliyyə menecmenti”, “Səhiyyə sistemlərinin gələcəyi”, “Səhiyyə və xəstəxana idarəçiliyi”, “Səhiyyə iqtisadiyyatı” və s. mövzuları üzrə bir neçə sessiyadan ibarət olub.

 

Müzakirə olunan mövzular mövcud vəziyyətdə ölkəmizdə də fəaliyyət göstərən səhiyyə təşkilatlarının maliyyə idarəetməsinin, büdcə planlaması prosesləri sisteminin səmərəliliyinin artırılması baxımından çox mühüm və beynəlxalq təcrübənin öyrənilməsində böyük əhəmiyyət kəsb edib.

 

Beynəlxalq konfransda təcrübənin transformasiyasına, xüsusən də aşağı qiymətlərlə yüksək keyfiyyətli xidmətin necə əldə edilməsi, tibbi sığorta, səhiyyənin maliyyələşdirilməsi ilə bağlı qanun və qaydalara diqqət yetirilib. Belə ki, tədbirdəki çıxışların əsas predmet hissəsi son dövrlərdə dünyada səhiyyə xərclərinin əhəmiyyətli dərəcədə artmasının müşahidə olunması, bu gün bir çox səhiyyə təşkilatlarının üzləşdiyi maliyyə məhdudiyyətləri və artan xərcləri nəzərə alaraq, bir çox təşkilatlar öz fəaliyyətini yaxşılaşdırmaq üçün institusional dəyişikliklər etməli olduğunu, həmin istiqamətdə bacarıqları inkişaf etdirməli və davranışlarını gücləndirməli olduqlarınının əhəmiyyəti ön plana çəkilib.

 

Tədbirin bir istiqaməti - səhiyyə sisteminin digitallaşması və ən müasir tendensiya olan meta layihələrin yaxın gələcəkdə səhiyyədə geniş istifadə olunmasının prioritetliyi olub. Böyük dataların təhlükəsiz və dəqiq saxlanılması gələcəklə bağlı büdcə proqnozlaşdırılmalarında yarana biləcək maliyyə risklərini yetərli qədər aşağı salınacağının zəminliyi haqqında və yaxın gələcəkdə bu məsələyə daha diqqət artırmalı olduğuna diqqət ayrılıb.

 

Konfransda Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Serbiya, Şimali Kipr, Qazaxıstan və digər ölkələrin səhiyyə üzrə məsul şəxsləri təqdimatlarla çıxış ediblər.

 

Sonda iştirakçıların sualları cavablandırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır