Azərbaycanda alim uzun sürən xəstəlikdən sonra vəfat edib
09.12.2022 12:31

V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun Malariya və leyşmaniozlar şöbəsinin keçmiş müdiri, b.ü.f.d., dosent Mübariz Əliyev vəfat edib.

 

Aztibb.az xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.


Mübariz Əliyev 10 aprel 1939-cu ildə anadan olmuşdu. 1961-ci ildə M.Əliyev S.M.Kirov adına Bakı Dövlət Univeritetinin Biologiya fakültəsinə qəbul olunmuşdu. 20 iyul 1970-ci ildə Elmi-Tədqiqat Tibbi Parazitologiya və Tropik Təbabət İnstitutunda kiçik elmi işçi vəzifəsində işə başlamışdı. 1980-ci ildə biologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün disertasiya işini uğurla müdafiə etmişdi.


SSRİ Ali Attestasiya Komissiyası tərəfindən M.Əliyevin apardığı elmi-tədqiqat işləri yüksək qiymətləndirilərək,ona baş elmi işçi (dosent) elmi adı verilmişdi. Alim institutda baş elmi işçi (1981-1992), laboratoriya müdiri (1992-2000) vəzifələrində çalışmışdı.

 

Dosent M.Əliyev 300 səhifəlik dərsliyin, 1 monoqrafiyanın həmmüəllifi, 109 elmi, 15 emi-kütləvi məqalənin, 5 metodik göstərişin, 1 kitabçanın, 1 patentinin və 1 səmərələşdirici təklifin müəllifi idi.

 

 

O, SSRİ Səhiyyə Nazirliyinin “Səhiyyə əlaçısı” döş nişanı (1981), 2 dəfə ”Sosializim yarışının qalibi” nişanları (1973, 1975). həmçinin Səhiyyə Nazirliyi tərəfindən təşəkkürnamə və Fəxri fərmanlarla təltif edilmişdi.

 

M.Əliyev 01.02.2022-ci ildə öz xahişi ilə V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutundan ayrılmışdı.

 

Allah rəhmət eləsin!

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib