Həkimlərimizi tanıyaq! - Gömrük Hospitalının Tibbi laboratoriya şöbəsinin müdiri SEVİNC GÜLMALIYEVA
10.12.2022 11:40
“Həkimlərimizi tanıyaq!” rubrikamızda Sizə Mərkəzi Gömrük Hospitalının Tibbi laboratoriya şöbəsinin müdiri Sevinc Gülmalıyevanı təqdim edirik.
Sevinc Gülmalıyeva 1988-1993-cü illərdə Bakı Dövlət Universitetinin Biologiya fakültəsində təhsil alıb. 1994-cü ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda həkim-laborant ixtisası üzrə kurs bitirib. O, təhsilini 2008-2009-cu illərdə Moskva Ali Kommersiya məktəbinin Biznes idarəetmə fakültəsində davam etdirib. Sevinc həkim 1993-2009-cu illərdə müxtəlif dövlət və özəl tibbi müəssisələrində əvvəlcə həkim-laborant, 2000-ci ildən etibarən laboratoriya müdiri vəzifəsində çalışıb, 2009-cu ildən isə Mərkəzi Gömrük Hospitalının Tibbi laboratoriyasının rəisi kimi fəaliyyət göstərir.
Daim öz bilik və bacarıqlarını inkişaf etdirən Sevinc Gülmalıyeva davamlı olaraq ölkə daxilində və xaricində keçirilən müxtəlif elmi tədbirlərdə iştirak edir. Belə ki, Sevinc həkim 1998-ci ildə Türkiyənin Diasis Diaqnostik Sistemlər, 2000-ci ildə Türkiyənin BioDPC təşkilatlarının təşkilatçılığı ilə keçirilən “Diaqnostik avadanlıqlar” mövzusunda kursda, 2006-cı ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda keçirilən “Laboratoriya müdirləri üçün müasir müayinələrinin interpretasiyası” təlimində iştirak edib.
Peşəkar həkim 2005-ci ildə İngiltərənin CPA və UKAS akkreditasiyalı JMJ laboratoriyasının təşkil etdiyi təlim kursu, 2006-cı ildə Moody İnternational Sertifikatlaşdırma Keyfiyyət Təminatlı - Daxili Auditor treninq kursu, 2007-ci ildə Roche Diaqnostik avadanlıqların treninq kursu, 2009-cu ildə Teknolab təşkilatının təşkilatçılığı ilə - Diaqnostik avadanlıqların təlim kursu, 2009-cu ildə Fransada Biomerieux təşkilatının təşkilatçılığı ilə - Diaqnostik avadanlıqların treninq kursu, 2011-ci ildə Türkiyədə Nesil grupu ilə - Diaqnostik avadanlıqların təlim kursunu keçib.
Sevinc həkim 2019-cu ildə İSO 15189:2012 Tibbi laboratoriyalar- Keyfiyyətə və Səlahiyyətliliyə olan tələblər təlimində, 2022 -ci ildə Türkiyə Klinik Biokimyaçılar Assosiasiyasının təşkilatçılığı keçirilən İrsi Metabolik Xəstəliklərin Laboratoriyası mövzusunda 4-cü Milli simpoziumunda iştirak edib. O, 2016-cı ildə Dövlət Gömrük Komitəsi tərəfindən təşəkkürnümə, 2020-ci ildə isə Fəxri fərmanla təltif olunub.
Bu bölməyə aid digər xəbərlər
Müasir biologiya və təbabətin prioritet istiqamətlərindən olan kök hüceyrə tədqiqatlarına həsr olunmuş seminar
24.10.2026 | 10:06
Mərkəzi Neftçilər Xəstəxanasının tibb heyətinin peşəkar fəaliyyəti İctimai Televiziyada işıqlandırılıb
23.10.2026 | 12:02
Şamonda virusundan ilk insan ölümü Fransada qeydə alınıb
23.10.2026 | 10:17
AQTA sədri İmişlidə və Sabirabadda istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olub
23.10.2026 | 10:05
Nigeriyada “Ebola” virusuna ilk yoluxma halı qeydə alınıb
21.10.2026 | 10:57
AQTİ mütəxəssisi İtaliyada karantin statuslu göbələyin inkişaf xüsusiyyətlərini araşdırıb
21.10.2026 | 09:47
ATU tələbələri “Zirvəyə birlikdə qalxaq!” kütləvi yürüşündə
21.10.2026 | 08:29
1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib
20.10.2026 | 15:55
Şamaxı rayonunun Mərzəndiyyə kəndində sakinlər üçün səyyar tibbi xidmət keçirilib
20.10.2026 | 15:51
Elmi-Tədqiqat Pediatriya İnstitutunda şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı göstərilir
20.10.2026 | 15:24
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51

