COVID-19-un başqa bir təsiri ortaya çıxdı: Xərçəngi sürətləndirir
09.12.2022 11:36

Çukurova Universiteti (ÇÜ) Tibb fakültəsi Balcalı Xəstəxanasının sinə xəstəlikləri sahəsi üzrə dosenti Yasemin Saygıdeyer tədqiqatlar zamanı koronavirusun xərçəng hüceyrələrinin yayılmasını sürətləndirdiyini müəyyən etdiklərini bildirib.

 

Aztibb.az medimagazin.com.tr-yə istinadla xəbər verir ki, türkiyəli alimlər Biotexnologiya Araşdırma və Tətbiq Mərkəzində klinikada müalicə alan 25 könüllüdən nümunələrlə koronavirusun xərçəng hüceyrələrinə təsirini araşdırıblar.

 

Döş, qaraciyər, yoğun bağırsaq və ağciyər xərçəngi ilə bağlı araşdırma çərçivəsində COVID-19 xəstələrinin qanından alınan nümunələr laboratoriyalarda çoxaldılan müxtəlif xərçəng hüceyrələrinə yeridilib. 1 il davam edən araşdırmanın nəticələrinə əsasən məlum olub ki, qan nümunəsi vurulan xərçəng hüceyrələri “metastaz” deyilən bir proses keçir, yəni, digər orqan və ya toxumalara yayılma potensialını artırır.

 

Alınan nəticələr SpringerLink, MDPI və Frontiers beynəlxalq elmi nəşriyyatları tərəfindən dərc olunan məqalələrdə yer alıb. 

 

Məqalələrə beynəlxalq nəşrlərdə çoxlu sayda istinad olduğunu deyən dos. Yasemin Saygıdeyer koronavirusun təsiri ilə ağciyərlərdə parçalanmış hüceyrələrdə sitokinlər və digər viruslarla əlaqəli hissəciklərin qana qarışaraq bütün bədənə yayıla biləcəyini bildirib: "Əgər bir insanda xərçəng varsa, bu hissəciklər hüceyrələrə çatır. Hazırda bu vəziyyətin xərçəng hüceyrələrinə necə təsir etdiyini araşdırdıq".

 

"Tədqiqat zamanı bəzi xərçəng xəstələrində koronavirus keçirdikdən 6 ay sonra ağciyər metastazlarının artdığının şahidi olduq. Hətta yumurtalıq xərçəngi olan xəstələrin koronavirusdan sonra 3-cü və 6-cı aylardakı tomoqrafiya görüntülərində birdən-birə ağciyərlərində xeyli irəliləyişlər olduğunu gördük", - deyə Yasemin Saygıdeyer əlavə edib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır