Hamiləliyin erkən dövründə dünyaya gələn körpə sağlam şəkildə evə yola salınıb - ETMGİ
08.12.2022 17:59

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda (ETMGİ) hamiləliyin 32-ci həftəsində dünyaya gələn körpə ailəsi ilə birlikdə sağlam şəkildə evə yola salınıb.

 

İnstitutdan Aztibb.az-a bildirilib ki, ikibuynuzlu uşaqlıq, istmiko-servikal çatışmazlıq, fetoplasentar çatışmazlıq diaqnozları ilə riskli hamiləlik keçirən pasiyent Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun mama-ginekoloqu Tuğraxanım Əlinağıyeva tərəfindən daim nəzarətdə olub. Vaxtından əvvəl - hamiləliyin 32-ci həftəsində vəziyyəti ilə əlaqədar olaraq hamiləyə mama-ginekoloq Cahan Məmmədyarova tərəfindən qeysəriyyə əməliyyatı icra olunub. Çəkisi 1 300 qram, cinsi kişi olan körpə vəziyyəti ilə əlaqədar olaraq dərhal Yenidoğulmuşların Reanimasiya və İntensiv Terapiyası şöbəsinə köçürülüb.

 

Həkim-neonatoloq Şəbnəm Yusifzadə və tibbi personal tərəfindən aparılan düzgün müayinə və müalicə nəticəsində körpə ailəsi ilə birlikdə sağlam şəkildə evə yola salınıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib