Səhiyyə Nazirliyində Danimarkanın ölkəmizdəki səfirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib
08.12.2022 16:53

Səhiyyə Nazirliyində Danimarka Krallığının Azərbaycan Respublikasındakı qeyri-rezident səfiri Denni Annanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

 

Nazirlikdən Aztibb.az-a verilən məlumata görə, görüşdə fəxri konsul Arno Qovart və Danimarkanın aparıcı əczaçılıq şirkəti olan “Novo Nordisk” şirkətinin nümayəndələri də iştirak ediblər.

 

Giriş sözü ilə çıxış edən səhiyyə naziri Teymur Musayev son illər ölkələrimiz arasında bir çox sahələrdə, o cümlədən səhiyyə sahəsində əməkdaşlığın dinamik şəkildə inkişaf etdiyini qeyd edib. O, ölkələrimizin ali tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik təcrübə mübadiləsi üçün bütün imkanların mövcud olduğunu deyib. Nazir Azərbaycan Tibb Universitetinin Kopenhagen Universiteti ilə tibb sahəsində fəal əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

 

Teymur Musayev ölkələr arasında əczaçılıq sahəsində əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu da qeyd edib: “Əczaçılıq sənayesi hər bir ölkənin iqtisadiyyatı üçün ən mühüm sektorlardan biridir və onun inkişaf səviyyəsi mükəmməl təşkil olunmuş səhiyyə sistemini xarakterizə edir. Danimarkanın güclü əczaçılıq sənayesi dünyanın ən yaxşılarından biri hesab olunur.”

 

Öz növbəsində Denni Annan Danimarkanın Azərbaycanla münasibətlərin inkişafına xüsusi önəm verdiyini bildirib. Ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrin genişləndiyini qeyd edən səfir, həmçinin ölkəsinin Azərbaycan ilə səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın daha da yüksək səviyyədə olmasında maraqlı olduğunu söyləyib.

 

Görüşdə “Novo Nordisk” şirkətinin Azərbaycandakı nümayəndəliyin rəhbəri Gülşabə Abbasova ölkəmizdə, o cümlədən Səhiyyə Nazirliyinin tabeliyində olan tibb mərkəzləri ilə birgə layihələrin uğurla həyata keçirildiyini qeyd edib. Diqqətə çatdırılıb ki, 2023-cü ildə 100-illiyini qeyd edəcək “Novo Nordisk” qlobal əczaçılıq şirkətidir, eyni zamanda şəkərli diabetin müalicəsi üçün dərmanların hazırlanması və istehsalı üzrə dünya lideridir.

 

Konstruktiv və qarşılıqlı anlaşma mühitində keçən görüşdə tərəflər farmasevtika sahəsində əməkdaşlığın gücləndirilməsinin yeni perspektivlərini müzakirə ediblər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
İmişli Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib