Tibb Universitetində beynəlxalq konfrans keçiriləcək
08.12.2022 11:10

Azərbaycan Tibb Universiteti (ATU) və Pakistanın Riphah Beynəlxalq Universitetinin (RBU) birgə təşkilatçılığı ilə 2023-cü ilin oktyabr ayında ATU-da tibb təhsili üzrə beynəlxalq konfrans (ICME) keçiriləcək.

 

Aztibb.az ATU-nun rəsmi feysbuk səhifəsinə istinadla xəbər verir ki, ICME beynəlxalq səviyyədə tanınan konfrans olub, əsas missiyası tibb təhsili üzrə dünyanın aparıcı mütəxəssislərini və pedaqoqları bir araya gətirərək, bu sahədəki son yenilikləri və standartları müzakirə etməkdir. Bu beynəlxalq tədbir iki ildən bir keçirilir. Daha öncəki konfranslar Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, Mavritaniya, Türkiyə və İndoneziyada baş tutub.

 

ATU-da keçiriləcək konfransa hazırlıq işləri ilə əlaqədar olaraq hər iki universitetin işçi qrupunun onlayn görüşü təşkil edilib. Görüşdə ATU tərəfdən rektor, professor Gəray Gəraybəyli, Elmi işlər üzrə prorektor, dosent Rauf Bəylərov, Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Orxan İsayev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov, Tibbi tədqiqatlar üzrə koordinator Sevil Əsədova, RBU tərəfdən isə rektor Hassan Khan, prorektorun müavini, professor Yavər Hayat, Sağlamlıq və tibb elmləri fakültəsinin dekanı, ICME-nin prezidenti, general Azhar Rashid, Qiymətləndirmə İnstitutunun dekanı, professor Rehan Ahmed, Riphah Elmi-tədqiqat və Təhsil Akademiyasının dekanı, professor Rahila Yasmeen və Akademik işlər üzrə menecer Zia Ullah iştirak edib. Görüşdə konfransın təşkili ilə bağlı müxtəlif xarakterli müzakirələr aparılıb, fəaliyyət planının tərtibi və bu plana uyğun olaraq cari işlərin həyata keçirilməsi qərara alınıb.

 

Təşkilati işlərin səmərəliliyinin artırılması məqsədilə hər iki universitetin nümayəndə heyətlərinin qarşılıqlı ezam olunmasına razılıq verilib.

ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
 TƏBİB və Koreya Təbabətinin İnkişafı üzrə Milli İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub   
Minsk Cərrahiyyə, Transplantasiya və Hematologiya Mərkəzinin nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində olub
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib