Uzman ürək-damar cərrahı Elməddin Əliyev - Peşəkar həkimlərimizi tanıyaq!
08.12.2022 10:49

“Həkimlərimizi tanıyaq!” rubrikamızda şəfalı əlləri ilə minlərlə insanı sağlamlığına qovuşduran, onlara sağlam ürək bəxş edən Mərkəzi Gömrük Hospitalının Ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri, uzman ürək-damar cərrahı Elməddin Əliyevi təqdim edirik.

 

Elməddin Əliyev 2007-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. 2007-2013-cü illərdə Türkiyənin Ege Universitetinin Ürək-damar cərrahiyyəsi fakültəsində təhsilini davam etdirib. O, eyni zamanda, 2011-ci ildə ABŞ-ın Texas A&M Universitetində süni ürək proqramında çalışıb, 2012-ci ildə SCOTT & WHITE Hospitalında kardiotorakal cərrahiyyə kursu keçib.

 

Uzman həkim əmək fəaliyyətinə 2013-cü ildə Türkiyədə Ege Universitetinin Ürək-damar cərrahiyyəsi kafedrasında ürək cərrahı kimi başlayıb. 2014-cü ildən Mərkəzi Gömrük Hospitalında Ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri vəzifəsində çalışır.

 

O, Mərkəzi Gömrük Hospitalının Ürək-damar cərrahiyyəsi şöbəsində aort cərrahiyyəsini, qazanılmış ürək xəstəliklərinin cərrahiyyəsini, Aorto koronar şuntlama əməliyyatını, intaortik balon pompasının tətbiqini və ürək-damar xəstəliklərinin cərrahiyyəsini uğurla həyata keçirir.

 

Elməddin Əliyev daim öz üzərində çalışan, dünya tibbinin nailiyyətlərini izləyən və təcrübəsində bu nailiyyətlərdən yararlanan həkimdir. O, 2012-ci ildə Türkiyədə keçirilən Ürək və Damar cərrahiyyəsi dərnəyinin XII beynəlxalq konqresində, 2013-cü ildə Türkiyədə Ürək və Damar cərrahiyyəsi dərnəyinin ekstrakorporal qan dövranı dəstəyi kursunda ixtisasını artırıb. Cərrah həkim müxtəlif illərdə Azərbaycanda və ölkə xaricində keçirilən öz sahəsi üzrə beynəlxalq elmi tədbirlərdə iştirak edir. O, Azərbaycan Kardiologiya Cəmiyyətinin və Türk Ürək-Damar Cəmiyyətinin üzvüdür.

 

Uzman həkimin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır