TƏBİB-in əməkdaşları Beynəlxalq Diabet Federasiyasının konqresində iştirak edir
07.12.2022 18:51

Portuqaliyanın paytaxtı Lissabon şəhərində Beynəlxalq Diabet Federasiyasının (BDF) 5-8 dekabr 2022-ci il tarixlərində keçirilən “Diabetin gələcəyini formalaşdırmaq” adlı konqresdə BDF-nin üzvü olan Azərbaycan Diabet Liqasının nümayəndələri iştirak edir.

 

TƏBİB-dən Aztibb.az-a bildirilib ki, iştirak edən şəxslər arasında Respublika Endokrinoloji Mərkəzin direktoru Nərmin İsmayılova, Mərkəzin əməkdaşları - Azərbaycan Diabet Liqasının sədri Yeganə Sultanova, sədr müavini Səriyyə Ağayeva və başqaları olub.

 

Konqres çərçivəsində ən son elmi tədqiqatlar, səhiyyədə diabetoloji xidmətlərin təşkili, qlobal səhiyyə sistemində diabet mövzusunun yenilikləri müzakirə edilib.

 

Eyni zamanda, dünyanın müxtəlif ölkələrindən gəlmiş mütəxəssislərlə görüşlər baş tutub, təcrübə mübadiləsi aparılıb.

 

Qeyd edək ki, Beynəlxalq Diabet Federasiyası 180 ölkədən 240 təşkilatı özündə birləşdirən, qlobal səhiyyə problemləri içində diabet mövzusunda çıxış edən, ÜST və BMT ilə sıx əməkdaşlıqda olan dünya səviyyəli təşkilatdır.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib