Uşaqlar arasında artıq çəki və piylənmənin risk amillərinin öyrənilməsinə dair müzakirələr aparılıb  
07.12.2022 16:42
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Ofisinin Uşaqlarda Piylənməyə Nəzarət Təşəbbüsü (COSI) tədqiqatı ilə bağlı illik hesabata dair "dəyirmi masa" keçirilib.
 
İSİM-dən Aztibb.az-a bildirilib ki, tədbirdə mərkəzin direktoru Qəhrəman Haqverdiyev uşaqlar arasında artıq çəki və piylənmənin risk amillərinin öyrənilməsinə dair aparılan, Elm və Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədqiqatla bağlı ətraflı məlumat verib. Bildirib ki, ölkəmizdə belə bir tədqiqatın aparılması məktəbyaşlı uşaqlar arasında artıq çəki və az çəki ilə bağlı tendensiyaların araşdırılması, prioritet istiqamətlərin müəyyən edilməsi, mövcud durumun mütəmadi qiymətləndirilməsi istiqamətində mühüm addımdır.
 
Sonra İlkin səhiyyə və ailə təbabəti şöbəsinin müdiri Lütfi Qafarov təqdimatla çıxış edərək nəzərə çatdırıb ki, 2022-ci ildə keçirilən sorğu Bakı şəhəri və regionlardan olan 128 məktəbdən 4820 nəfər arasında aparılıb. Tədqiqatda iştirak təklifi almış uşaqların 99,2%-i iştirak edib ki, onlardan 2827 nəfəri 8 yaş təşkil edib.
 
Tədbirdə tədqiqatın gedişatı ilə bağlı ilkin (texniki) hesabat dinlənilib və müzakirə edilib. Bildirilib ki, əsas geniş analitik hesabat gələn ilin əvvəlində təqdim olunacaq.
 
Qeyd edək ki, məktəbyaşlı uşaqlar arasında artıq çəki və piylənmənin artması dünyanın bir çox ölkələrində qlobal ictimai səhiyyə problemi kimi təsnif edilir və hazırda ölkəmizdə aparılan bu tədqiqat ÜST-nin metodologiyaları, beynəlxalq koordinasiyası və dəstəyi ilə həyata keçirilir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır