Milli Peyvənd Təqviminə dəyişiklik edilə bilər
07.12.2022 15:28

"Rotaviruslara qarşı peyvəndlər bizim Milli Peyvənd Təqviminə salınmayıb".

 

Aztibb.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Nigar Bayramova Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində növbəti canlı yayım zamanı bildirib.

 

Onun sözlərinə görə, bir sıra ölkələrdə bu peyvənd var:

 

"Vətəndaşlarımız yaxın zamanda bununla bağlı sevindirici xəbəri ala bilərlər".