Ürək sağlamlığı ilə bağlı YANLIŞ FİKİRLƏR
07.12.2022 12:23
Ürək orqanizmimizdə ən vacib əzələli orqandır. Ürək bədənimizdə olan qanı “sirkulyator sistem” adlanan qan-damar sistemi vasitəsilə bütün orqanizmə vurur.
Aztibb.az xəbər verir ki, Liv Bona Dea Hospitalının həkimi, tanınmış ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev ürək sağlamlığı ilə bağlı yanlış fikirləri diqqətə çatdırıb:
"Ürək xəstəliyi olanlar idman edə bilməz". Ürək xəstəliyi olanlar təhlükəsiz məşq etmək və idmandan faydalanmaq üçün məşq proqramına həkimləri ilə məsləhətləşərək başlamalıdırlar.
"Ürək əməliyyatı keçirən insanlar üçün hərəkət etmək çətindir". Sağalma dövrü 2 ayı tamamlayan insanlar hərəkət etməkdə çətinlik çəkmədən tam şəkildə gündəlik həyatlarına qayıda bilirlər.
"Davamlı idman edən və ideal çəkidə olan insanlar infarkt keçirmir". Aktiv həyat tərzinə və normal çəkiyə baxmayaraq, infarkt baş verə bilər. Yanlış həyat tərzi, qeyri sağlam qidalanma və genetika infarkt səbəblərindəndir.
"Gənclər infarkt keçirmir". Son illərdə artan siqaret çəkmə, oturaq həyat tərzi, piylənmə, qeyri-sağlam qidalanma kimi risk faktorları gənclərdə infarkt hallarının artmasına səbəb olur.
"Ailənizdə infarkt yoxdursa, sizdə də olmayacaq". Ailədə ürək-damar xəstəliklərinin olması ürək xəstəliyi riskini iki dəfə artırır. Ancaq ailədə ürək xəstəliyi olmamasına baxmayaraq, koronar arteriya xəstəliyi üçün başqa risk faktorları varsa, infarkt riski artır.
"Qadınlar kişilərə nisbətən daha az infarkt keçirir". Premenopauzal dövrdə qadınlarda infarkt riski kişilərlə müqayisədə yarı olur, lakin postmenopozal dövrdə risk sürətlə artır və kişilərlə bərabər olur.
"Uzun illərdən sonra siqareti buraxmağın heç bir faydası yoxdur". İnfarkt keçirmə riski siqareti buraxdıqdan sonra üç il ərzində yarıya enir, 6 ilin sonunda isə risk siqaret çəkməyənlər səviyyəsinə çatır.
"Ürək xəstəliyi olanlar yağdan heç istifadə etməməlidir". Gündəlik alınacaq enerjinin 30 faizi yağdan gəlməlidir. Heyvan mənşəli yağlar yerinə bitki yağlarına üstünlük verilməlidir (zeytun, günəbaxan və qarğıdalı yağı).
Bu bölməyə aid digər xəbərlər
Gen terapiyası ümumi xəstəliklərin müalicəsində yeni mərhələ aça bilər
21.10.2026 | 15:54
Süni intellekt fotodan xərçəng xəstələrinin ömür müddətini təxmin edir
21.10.2026 | 11:34
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda 24/7 fasiləsiz tibbi xidmət
21.10.2026 | 09:50
Təbiətə virtual tamaşa etməyin beyinə gözlənilməz təsiri araşdırılıb
21.10.2026 | 08:55
Dünya şəhərlərində minlərlə naməlum virus gizlənir
21.10.2026 | 07:51
Yeməkdən sonra 15–20 dəqiqəlik yüngül gəzinti sağlamlığınıza müsbət təsir göstərə bilər
20.10.2026 | 16:42
Əməliyyatda xəstənin bədənində tənzif unuduldu - 2 həkimə məhkəmə iddiası qaldırıldı
20.10.2026 | 13:48
Virusoloq öz üzərində xərçəng müalicəsi sınağı aparıb - Dörd ildir xəstəlikdən azaddır
20.10.2026 | 10:13
Revmatoloq oynaq ağrılarının narahatedici səbəblərini açıqlayıb - Təkcə hava dəyişikliyi ilə bağlı deyil
20.10.2026 | 08:58
Gecə yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər - TƏDQİQAT
19.10.2026 | 09:15
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

