DSX Akademiyasının əsas korpusunda yanğın baş verib, 14 nəfər tüstüdən zəhərlənib
06.12.2022 19:31

Dekabrın 6-da saat 16:40-da Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının əsas korpusunda yanğın baş verib, DSX-nin rəisi general-polkovnik Elçin Quliyev hadisə yerinə gəlib.

 

TƏBİB-dən Aztibb.az-a bildirilib ki, DSX-nin Akademiyasının inzibati binasında qeydə alınan yanğın hadisəsilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 10 həkim briqadası əraziyə cəlb edilib.

 

Hadisə nəticəsində 14 nəfər tüstüdən zəhərlənmə səbəbilə hazırda TƏBİB-in tebeliyindəki tibb müəssisəsinə hospitalizasiya olunur.

 

Qeyd edək ki, inzibati binanın dam örtüyündə baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə tam söndürülüb. Yanğına ilkin səbəb kimi elektrik xəttində qısaqapanmanın olması ehtimal edilir. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır