Anestezioloq-reanimatoloq Mehdi Əliyev - Həkimlərimizi tanıyaq!
06.12.2022 13:31
Aztibb.az-ın “Həkimlərimizi tanıyaq!” rubrikasında Mərkəzi Gömrük Hospitalının Anesteziologiya və reanimasiya şöbəsinin həkim anestezioloq-reanimatoloqu Mehdi Əliyevi sizə təqdim edirik.
 
Mehdi Əliyev 1994-2000-ci illərdə Azərbaycan Tibb Universitetində Müalicə işi fakültəsində təhsil alıb, 2000-2001-ci illərdə 1nömrəli Şəhər Kliniki xəstəxanasının Anesteziologiya və reanimasiya kafedrasında internatura keçib. 2007-2011-ci illərdə İtaliyanın Milan şəhərində “Ospedale Maggiore of Milan” xəstəxanasının Anesteziologiya və İntensiv terapiya kafedrasında beynəlxalq təqaüd proqramı üzrə, 2012-2013-cü illərdə Türkiyənin İzmir şəhərində Ege Universitetində ürək-damar cərrahiyyəsi üzrə təhsil alıb.
 
O, 2003-2006-ci illərdə Azərbaycanın özəl tibb müəssisəsində təcili tibbi yardım həkimi kimi çalışıb, 2012-ci ildən isə Mərkəzi Gömrük Hospitalının Anesteziologiya və reanimasiya şöbəsində anestezioloq-reanimatoloq kimi fəaliyyət göstərir.
 
Həkim Mərkəzi Gömrük Hospitalında müasir tibbi innovasiyalara əsasən ümumi anesteziya, regional anesteziya, Traxeyanın intubasiyası və ekstubasiyası, mərkəzi damarlara kateterin qoyulması, invaziv və non-invaziv monitorinq, ağciyərlərin invaziv və non-invaziv ventilyasiyası, traxeostomanın açılması, ağrı terapiya pompasının tətbiqi, onurğa beyin mayesinin alınması, bronxoskopiya, bronxların lavajı, ağır tənəffüs və ürək çatışmazlıöı xəstələrində ECMO tətbiqinin istifadəsi, defibrilasiya və kardioversiya kimi sahələrdə müayinə və müalicələr aparır.
 
Mehdi Əliyev 2005-ci ildə Şotlandiyanın Aberdin Universitetində “Qabaqcıl Kardiyak və Travma Həyat Dəstəyi Bacarıqları” kursunda, 2010-cu ildə RumıniyaTəcili və Fövqaladə hallar üzrə Tibbi Cəmiyyətin təşkilatçılığı ilə Təcili və Təxirəsalınmaz Kliniki Hospitalında keçirilən "Təxirəsalınmaz tibbi yardım beynəlxalq" təlimdə iştirak edib və sertifikat alıb. 
 
2021-ci ildə o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Fəxri fərman ilə təltif olunub. Mehdi Əliyev Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin, Avropa Anestezioloqlar Cəmiyyətinin, Türkiyə Anesteziologiya və Reanimasiya Cəmiyyətinin və Avropa İntensiv Terapiya Təbabəti Cəmiyyətinin üzvüdir. Həmçinin 2022-ci ildən Akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi PHŞ-nin "Anesteziologiya və reanimatologiya" ixtisası üzrə qiyabi doktorantıdır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır