Fitoterapevtdən qadınlarda çox tərləmə problemlərinə qarşı ÇARƏLƏR
06.12.2022 11:49

Çox tərləmənin müxtəlif səbəbləri vardır. Amma ən çox tərləmə qadınlarda, klimakterik dövr adlanan dövrdə baş verir və qadınlar bu həddən artıq tərləmədən həm əziyyət çəkir, həm də bədəndəki mineralları itirirlər.

 

Aztibb.az xəbər verir ki, həkim-fitoterapevt Fizuli Hüseynov qadınlarda çox tərləmə problemlərinə qarşı respetlər təqdim edib. 

 

Həkim bildirib ki, çox tərləmələr zamanı gündə 3 dəfə, yeməkdən yarım saat əvvəl 1 çay qaşığı adaçayı bitkisini 1 stəkan suda dəmləyib için. Adaçayı sizin nəinki çox tərləməyinizin qarşısını alacaq, həm də bu dövrün rahat keçməsinə vəsilə olacaqdır. Adaçayının həm də əsəb sakitləşdirici bir təsiri də olduğu üçün bu dövrdə baş verə biləcək əsəb sarsıntısının qarşısını ala biləcəksiniz.

 

F.Hüseynov qeyd edib ki, adaçayını klimakterik dövrdən əvvəl içməyə başlasanız onda daha faydalı olacaq, çünki adaçayı pozulmuş qadın hormonlarını balanslaşdırır, klimakterik dövrün tez baş verməsinin qarşısını alır qadın hormonlarının istehsalını artırır. Analıq halını uzatmaq istəyənlər üçün faydalı bir çaydır.

 

Fitoterapevtin sözlərinə görə, xanımlar uzun müddət adaçayını içə bilsələr də, kişilər bu çaydan yalnız 10-15 gün istifadə edə bilərlər, kişilərin uzun müddət adaçayından istifadə etmələri kişilərdə qadın hormonlarının istehsalını artırır və kişilik hisslərinin yavaş-yavaş azalması ilə nəticələnir.

 

Həkim əlavə edib ki, adaçayı 1 ay içildikdən sonra ən azı 15 gün ara verdikdən sonra təkrar içilə bilər. Klimaks dövründəki çox tərləmələr həm də kalsium itkisi ilə nəticələnir, aşağıdakı reseptdən istifadə etməklə həm tərləmənin qarşısı alınacaq, həm də itmiş mineralların qarşısı qismən alınacaq:

 

3 kq quru əncir 1 litr rafinə olunmamış zeytun yağına qarışdırılır, gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 ədəd əncir qəbul edilir. 

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır