Mərkəzi Gömrük Hospitalının baş həkimi Elman Məmmədovu 50 illik yubileyi münasibətilə təbrik edirik!
06.12.2022 12:06

Bu gün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi Mərkəzi Hospitalının rəisi - baş həkim Elman Məmmədovun 50 yaşı tamam olur.

 

Elman Məmmədov 6 dekabr 1972-ci ildə anadan olub. 1996-cı ildə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsini bitirib. 1997-ci ildə 7 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında internatura keçib.

 

O, əmək fəaliyyətinə 1998-ci ildə Bakı şəhər Təcili Yardım stansiyasında həkim kimi başlayıb. 2009-2011-ci illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi Mərkəzi Hospitalında Xəstə xidmətləri şöbəsinin rəisi işləyib, 2011-ci ildən DGK TXİ MH rəisi-baş həkimi vəzifəsində çalışır.

 

Elman Məmmədov 2017-ci ildən etibarən tibb xidməti polkovnikidir. 2017-ci ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi yubiley medalı ilə təltif olunub. O, 2019-cu ildə Dövlət Gömrük Komitəsi, 2020-ci ildə isə Səhiyyə Nazirliyi tərəfindən Fəxri fərmanlarla təltif olunub. Həmçinin 2022-ci ildə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi” Azərbaycan Respublikasının yubiley medalına layiq görülüb.

 

Xalqına bağlı ziyalı, xeyirxah insan, bacarıqlı təşkilatçı və sözün həqiqi mənasında əsl vətəndaş olan Elman Məmmədov şəxsi keyfiyyətləri, universallığı və ensiklopedikliyi ilə daim seçilib, kollektivin böyük rəğbətini qazanıb.

 

Aztibb.az portalı adından Elman Məmmədovu 50 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı və fəaliyyətində uğurlar arzulayırıq.

 

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır