Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin müdiri İlqar Tahiroğlu - HƏKİMLƏRİMİZİ TANIYAQ!
05.12.2022 14:26
“Həkimlərimizi tanıyaq!” rubrikasında Sizə Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin müdiri, yüksəkixtisaslı yandal uzman, invaziv kardioloq İlqar Tahiroğlunu təqdim edirik.
 
İlqar Tahiroğlu 2010-cu ildə Türkiyə Respublikasının Samsun şəhərində Ondokuz Mayıs Universitetinin Müalicə işi fakültəsini bitirib, 2010-2011-ci illərdə həmin universitetdə internatura keçib. O, 2015-2019-cu illərdə İsrailin Qüds şəhərində Hadasah Tibb Mərkəzi Universitetində kardiologiya üzrə rezidentura keçib, 2019-2021-ci illərdə isə universitetin İntervensional kardiologiya və struktural ürək xəstəlikləri üzrə təhsil proqramını mənimsəyib.
 
İlqar həkim 2021-2022-ci illərdə Azərbaycanın özəl tibb müəssisələrində həkim-kardioloq, kardiologiya bölməsinin rəhbəri çalışıb. 2022-ci il tarixindən etibarən Mərkəzi Gömrük Hospitalında Kardiologiya şöbəsinin müdiri kimi fəaliyyət göstərir. O, həkimlik fəaliyyəti ilə yanaşı, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında pedaqoji fəaliyyətlə də məşğuldur.
 
Öz üzərində daim çalışan, dünya mətbuatında tibbin ən yeni nailiyyyətlərini izləyən uzman həkim müxtəlif ölkələrdə keçirilən forumlarda, konfranslarda iştirak edərək, bilik və bacarıqlarını artırır.
 
O,  Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsində TAVİ, mitral clip, perifer damar angioplastikası, koronar angioplastika, sağ ürək hemodinamik kateterizasiyası, PFO qapatılması, ASD qapatılması, karotis stent, ürəyə kardiostimulyator yerləşdirilməsi ilə məşğul olur.
 
İlqar həkim 2022-ci ildə Türkiyənin “Beynəlxalq Cari Tibbi və Bioloji Elmlər” jurnalına redaktor seçilib. Onun 2022-ci ildə “Ürək-damar təbabətində sərhədlər” beynəlxalq kardiologiya jurnalında “Səyirici aritmiyalı xəstələrdə sol qulaqcığın airukulasının cihazla qapatılması” adlı məqaləsi dərc olunub. 27-29 noyabr 2022-ci il tarixlərində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının paytaxtı London şəhərində keçirilən “PCRValve2022" samittində iştirak edib.
 
Uzman həkim Azərbaycan Kardiologiya Cəmiyyətinin, Avropa Kardiologiya Cəmiyyətinin və Amerika Kardiologiya Cəmiyyətinin üzvüdür.
 
Həkimin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012)404-08-08.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır