Sümük suyu bədəndəki dəri və əzələ toxumasını bərpa edərək yenilənməsini təmin edir - Fitoterapevt
05.12.2022 11:14
İnsanlar onurğa və oynaq ağrıları zamanı qülükozamin xondroitin tərkibli sintetik dərman preparatlarından istifadə edirlər. Ancaq bu baxımdan ən gözəl təbii qida sümük (sümüklü ətin) suyudur. Sümük suyu oynaqların, immun və həzm sisteminin ən yaxşı qoruyucusu hesab edilir, osteoartrozda, osteoxondrozda, sümüklərin travmatik zədələnmələrində, paradontopiyada, poliartritdə olduqca faydalı qidadır. Sümüklü əti uzun müddət az odda bişirmək kolagen, qlutamin, prolin, qlisin kimi aminositlərin üzə çıxmasını təmin edir.
Aztibb.az xəbər verir ki, bu barədə həkim-fitoterapevt Fizuli Hüseynov məlumat verib.
"Kalsium, maqnezium, fosfor, kükürd kimi minerallar sümük suyunun tərkibində bədənin asanlıqla qəbul edəcəyi formada olur. Sümük suyunun daha dadlı olması üçün əlavə olaraq bura 2-3 qaşıq alma sirkəsi, sarımsaq və cəfəri qatmaq sümük suyunu daha dadlı və faydalı edir".
F.Hüseynovun sözlərinə görə, tərkibindəkilər sayəsində sümük suyu bədəndəki toxumaların, xüsusilə dəri və əzələ toxumasını bərpa edərək yenilənməsini təmin edir. Sümük suyu kollagen və jelatin tərkibi ilə bağırsaqları təkrar nizama sala bilir, həzm sisteminin selikli qişasına və qidaların yaxşı həzm olunmasına kömək edir. Sümük hüceyrələri daim yenilənir. Bu tarazılıqlar pozulduqda osteoporoz yaranır. Osteoporoz zamanı sümüklər zərifləşir və sümükdaxili mikroqırıqlar, çatlar əmələ gəlir. Xəstəlik kəskinləşdikcə çatlar dərinləşir, qopmalar yaranır, əsasən də oynaq başlarında müşahidə olunur. Belə insanlarda ayaq sümükləri əyilərək mötərizə formasını alır.
Həkim əlavə edib ki, ümumiyyətlə, həm osteporozda, həm klimaks keçirən qadınlara sümük suyundan istifadə etmək məsləhət görülür. Sümük suyu kolagen tərkibi sayəsində oynaqlardakı iltihaba faydalıdır. Bu gün Amerika mütəxəssisləri də meyvə suları ilə yanaşı, sümük suyu içməyi tövsiyə edirlər. Sümük suyu dərinin kollagen liflərinə də təsir edərək onu parlaq və hamar edir. Hamilə qadınlara, uşaqlara, yaşlılara, kslsium defisitliyi olanlara hər gün 1- 2 stəkan sümük suyu içmək mütləq şəkildə lazımdır.
Sümük suyunu soyuducuda 3 ay müddətində dondurub saxlaya bilər və lazım gəldikdə də istifadə edə bilərsiniz.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26

