ÜST: COVID-19-la bağlı fövqəladə vəziyyətin ləğv edilməsi vaxtı hələ gəlməyib
04.12.2022 20:49

2020-ci ildən bəri COVID-19-la bağlı ictimai səhiyyə sahəsində beynəlxalq əhəmiyyət kəsb edən fövqəladə vəziyyətin ləğvi vaxtı hələ gəlməyib.

 

AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə deyib.

 

"Biz pandemiyanın fövqəladə fazasının bitdiyini söyləməyə daha yaxınıq, lakin biz hələ ona çatmamışıq", - deyə o söyləyib. "Müşahidədə, testləşmədə, sekvenləşdirmədə və vaksinasiyadakı boşluqlar koronavirusun narahatlıq doğuran yeni variantının ortaya çıxması üçün əla şərait yaratmağa davam edir", - deyə baş direktor qeyd edib.
O, təşkilatın qiymətləndirmələrinə görə, immunizasiya və ya keçirilmiş xəstəliklər səbəbindən dünya əhalisinin ən azı 90 faizinin SARS-CoV-2-yə qarşı müəyyən səviyyədə immunitetinin olduğunu bildirib. Bununla belə, ÜST ölkələri həm ictimai sağlamlıq, həm də insan hüquqlarını qoruyan riskə əsaslanan yanaşmanı tətbiq etməyə çağırır.

 

Tedros Qebreyesusun sözlərinə görə, “omikron” ştamının aşkar edilməsindən bir il sonra, koronavirus "inkişaf etməyə davam edib" və hazırda “omikron”un yüksək ötürücü olan və yuxarı tənəffüs yollarına təsir edən 500-dən çox alt növü dövr etməkdədir. Onlar koronavirusun əvvəlki variantlarına nisbətən daha az ağır xəstəliyə səbəb olurlar. Onların hamısı birlikdə immunitetin təsirindən daha asan qaçmağa imkan verən mutasiyalara malikdir.

 

Baş direktor qeyd edib ki, son beş həftə ərzində məlumatları təşkilata daxil olan həftəlik ölüm hallarının sayı bir qədər azalıb. Ötən həftə 8500-dən çox insanın ölümü ilə bağlı məlumatlar daxil olub. Qebreyesus vurğulayıb ki, pandemiyanın mövcud olduğu üç ildən sonra belə ölüm səviyyəsi qəbuledilməzdir, çünki indi bəşəriyyət yoluxmanın qarşısının alınması və insan həyatının xilas edilməsi üçün çoxlu vasitələrə malikdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır