Görkəmli alim Əlişir Musayevin anım günüdür
04.12.2022 11:04

Bu gün Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun sabiq direktoru, ATU-nun Fizioterapiya və Tibbi Reabilitasiya kafedrasının müdiri, Rusiya Tibb Elmləri Akademiyasının fəxri doktoru, AMEA-nın müxbir üzvü, professor Əlişir Musayevin anım günüdür.

 

Aztibb.az xəbər verir ki, elmdə atdığı ilk addımlarından başlayaraq Əlişir müəllimin elmə böyük həvəsi, istedadı, analitik təfəkkürü, məqsədyönlü inadkarlığı ilə səciyyələnib və onun gələcəkdə böyük alim kimi inkişaf etməsinə zəmin yaratmışdır.

 

Professorun məqsədyönlü əməyi nəticəsində institutda yeni nəsil alim, kadr hazırlanmasına müvəffəq olunmuşdur. Onun rəhbərliyi altında 2 doktorluq, 19 namizədlik dissertasiyası müdafiə olundu, bir çox maraqlı elmi mövzuların tədqiqatları aparılmışdır. Məhsuldar, məqsədyönlü fəaliyyətinin nəticəsi olaraq prof. Ə.Musayevin elmi məktəbi formalaşmışdır.

 

Professor Ə.Musayev Səhiyyə Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri fərmanı ilə təltif olunmuş, Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüş, Beynəlxalq miqyasda əldə etdiyi elmi nailiyyətlərinə görə Amerika Bioqrafiya tədqiqatlar Mərkəzi tərəfindən “Qold Rekord” medalı ilə təltif olunmuşdur.

 

Tibbi və bioloji elmlərin inkişafındakı əhəmiyyətli xidmətinə görə o, Gürcüstan Respublikasının Profilaktik Təbabət və Ekologiya Akademiyasının həqiqi üzvü və “Rusiya Tibb Elmləri Akademiyasının fəxri doktoru” seçilmişdir.  Alim, həmçinin Türk Dünyası Elmləri Akademiyasının həqiqi üzvü seçilmiş və bu Akademiyanın Qızıl medalına layiq görülmüşdür. Avropa Təbiət Elməlri Akademiyasının akademiki və Beynəlxalq Mühəndislik Akademiyasının müxbir üzvü seçilmişdir. BMT-nin İctimai Təltiflər Şurasının I-ci dərəcəli Hippokrat Ordeni ilə təltif edilmişdir.

 

Əlişir Musayev 2020-ci il aprelin 27-də 70 yaşında dünyasını dəyişmişdir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır