Beynəlxalq Tibbi Treninqdə 60 xarici mütəxəssis iştirak edir
03.12.2022 16:00

Bu gün Bakıda işə başlayan Beynəlxalq Tibbi Treninqdə Azərbaycanın bütün bölgələri təmsil olunur, bəzi iştirakçılar tədbirə zoom proqramı üzərindən qoşulub. Treninqlərdə 300-dən çox iştirakçı qeydiyyatdan keçib, onlardan 60 nəfəri Hindistan, Tacikistan, Qazaxıstan, Özbəkistan və digər xarici ölkələrdən gələnlərdir.

 

Aztibb.az xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində Beynəlxalq Tibbi Treninq günlərinin rəsmi açılış mərasimində akademik M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin Kolorektal cərrahiyyə şöbəsinin rəhbəri, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin və Azərbaycan-Almaniya Tibb Cəmiyyətinin sədri professor Qurbanxan Müslümov deyib.

 

“Beynəlxalq Tibbi Treninq günlərinin rəsmi açılış mərasimində 8 mühazirə dinləniləcək və sonda zala translyasiya olunmaqla regionda yalnız Azərbaycanda icra olunan müasir bir əməliyyatın aparılması planlaşdırılır. Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti, Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə birlikdə biz bu cür beynəlxalq treninqlərin daha çox keçirilməsini düşünürük. Gələcəkdə belə treninqləri regionlarda da keçirməyi planlaşdırırıq”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub