Avropada mövsümi qrip epidemiyası ağır olacaq - BİRGƏ BƏYANAT
03.12.2022 09:19

Avropa regionunda hazırda qripin və respirator sinsitial virusunun (RSV) yayılmasında artım müşahidə olunur. Gözlənildiyi kimi, bu viruslar COVID-19 ilə birgə Avropa ölkələrinin əhalisinin sağlamlığına və səhiyyə xidmətlərinin işinə böyük təsir göstərəcək.

 

Aztibb.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə səhiyyə və qida məhsullarının təhlükəsizliyi məsələləri üzrə Avropa komissarı Stella Kiriakides, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun direktoru Hans Klüge və Xəstəliklərin profilaktikası və onlara nəzarət üzrə Avropa mərkəzinin direktoru Andrei Ammonun birgə bəyanatında deyilir.

 

“Biz artıq regionun müxtəlif bölgələrində A və B qriplərinin viruslarının artan sirkulyasiyasını müşahidə edirik. Bu viruslar yaşlı adamlarda, xroniki xəstəlikləri olan insanlarda ağır xəstəlik əmələ gətirir, eləcə də məktəb yaşlı uşaqlar üçün təhlükəlidir”, - deyə bəyanatın müəllifləri qeyd edirlər.

 

Avropada xəstəxanaya yatırılmaların sayı oktyabrdan bəri durmadan artır. Belə halların təqribən yarısı 55 yaşdan yuxarı şəxslərin payına düşür. Avropanın 23 ölkəsində xəstəxanaya yatırılan pasiyentlərin 85 faizində B tipli virus müəyyən edilib, 4 yaşlı və 4 yaşdan aşağı uşaqlar daha çox əziyyət çəkirlər. Avropanın 20 ölkəsində RSV-nin yüksək fəallığı müşahidə olunur.

 

COVID-19 xəstəliyinə yoluxma hallarının, xəstəxanaya yatırılmaların və intensiv müalicə şöbələrinə keçirilən pasiyentlərin sayı, eləcə də hazırda koronavirus nəticəsində ölüm hallarının sayı ötən 12 ay ilə müqayisədə olduqca aşağıdır. Lakin bəyanatda vurğulandığı kimi, vəziyyət dəyişə bilər, çünki koronavirusun hələ də yeni variantları əmələ gəlməkdə davam edir.

 

“COVID-19 pandemiyasının davam edən təsirini və digər respiratorlu patogenlərin fəallığını nəzərə alsaq, bu qış vəziyyətin necə cərəyan edəcəyini qabaqcadan demək çətindir. Bununla bağlı biz ayıq-sayıqlığımızı itirməməliyik, bütün regionda vaksinasiya proqramlarını və böhrana hazırlığı təmin etmək üzrə tədbirləri aktivləşdirməliyik”, - deyə müəlliflər daha sonra bildiriblər.

 

Bəyanatda deyilir ki, vaxtında edilmiş peyvənd insanları xilas edir. Həmçinin o, yoluxma ehtimalını azaldır, COVID-19-un və mövsümi qripin ağır fəsadları riskini aşağı salır.

 

Bəyanat müəllifləri əllərin müntəzəm yuyulması, xüsusilə də insanların çox olduğu qapalı, havasız məkanlarda maska taxılması kimi sadə, lakin effektli ehtiyat tədbirlərini yaddan çıxarmamağa çağırıblar. Tibb işçilərinə virus əleyhinə erkən peyvənd tövsiyə olunub.

 

“Əgər biz ayıq-sayıqlığımızı qoruyub saxlasaq və effektivliyindən yaxşı xəbərdar olduğumuz tədbirlərin köməyi ilə özümüzü qoruya bilsək, bu qış çətinliklərə üstün gəlməyi bacararıq”, - deyə bəyanatda vurğulanır.

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Mərkəzi Klinika vakansiya elan edir
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Yardımlının Təşkən və Səpəradi kəndlərində tibbi AKSİYA
 ATU-da Data-analitika və Süni İntellekt Laboratoriyasının açılışı olub   
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə olunub