Yeni Klinika və Almaniyanın Manhaym Tibb Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb
02.12.2022 18:36

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) Publik Hüquqi Şəxsin icraçı direktoru Vüqar Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Almaniya Federativ Respublikasında rəsmi səfərdədir.

 

TƏBİB-dən Aztibb.az-a bildirilib ki, səfər çərçivəsində Almaniyanın Haydelberq Universitetinin Manhaym Tibb Mərkəzi (MTM) ilə əməkdaşlıq, Klinikanın fəaliyyəti ilə tanışlıq, Almaniyada fəaliyyət göstərən azərbaycanlı həkimlərlə görüş nəzərdə tutulub.

 

Bu gün Haydelberq Universitetinin Manhaym Tibb Mərkəzi ilə tanışlıq çərçivəsində Manhaym Tibb Mərkəzinin direktoru, professor Hans-Yürgen Henneslə görüş keçirilib.

 

Görüşdə Manhaym Tibb Mərkəzinin Cərrahiyyə Klinikasının rəhbəri, professor Xeristof Reissfeıder, Klinikanın azərbaycanlı cərrahı Vüqar Yaqublu, Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin İqtisadi, turizm və enerji əməkdaşlığı məsələləri üzrə birinci katibi Elman Muradov, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, İcraçı direktorun müavini Araz Nəsirov, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Ramin Ağayev, İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova və Yeni Klinikanın direktoru vəzifəsini icra edən, baş həkim Cavid Paşayev iştirak edib.

 

Manhaym Tibb Mərkəzinin direktoru, professor Hans-Yürgen Hennes bildirib ki, Mərkəz 200 ildən çoxdur ki, Almaniyada fəaliyyət göstərir və hər il tibb müəssisəsinin 4 800 əməkdaşı tərəfindən 250 000-dən çox pasiyentə ambulator və stasionar müalicə göstərilir. Professor qeyd edib ki, Mərkəzdə əsasən üç istiqamətdə (təcili yardım, stasionar müalicə və reabilitasiya) tibbi xidmətlər göstərilir. Eyni zamanda, müəssisəyə tabeli olan 30 klinikanın işçiləri tərəfindən də dünyanın hər bir yerindən gələn xəstələrin müayinə və müalicəsi prosesi həyata keçirilir.

 

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov isə öz növbəsində qarşılıqlı əməkdaşlıq üçün yaradılan şəraitə görə təşəkkür edib, Azərbaycanda səhiyyə sahəsində həyata keçirilən islahatlar, TƏBİB-in fəaliyyəti, icbari tibbi sığortanın tətbiqi ilə əldə olunan nəticələr barədə ətraflı məlumat verib.

 

Görüş çərçivəsində TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinika və Almaniya Federativ Respublikasının Haydelberq Universitetinin Manhaym Tibb Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb.

 

Sənədi Yeni Klinikanın direktoru vəzifəsini icra edən, baş həkim Cavid Paşayev və Haydelberq Universitetinin Manhaym Tibb Mərkəzinin direktoru, professor Hans-Yürgen Hennes imzalayıb.

 

Memorandum xəstələrə qulluq və iki dövlət arasında dostluq əlaqələrinin yaxşılaşdırılmasına töfhə vermək məqsədilə klinik proseslərin və xəstəxana fəaliyyətlərinin idarə edilməsi, mütəxəssislərin ixtisaslaşması, çətin klinik patologiyaların müalicəsində interdissiplinar iş üzrə innovativ bilikləri bölüşmək məqsədilə Manhaym Tibb Mərkəzi və Yeni Klinika arasında əməkdaşlığı inkişaf etdirmək üçün şərtləri və anlaşmanı müəyyən edir.

 

Memorandumun məqsədləri xəstəxana idarəçiliyi sahəsində əməkdaşlıq, birgə tədqiqatların aparılması və layihələrin həyata keçirilməsi, yerli tələbləri nəzərə alaraq, birgə təhsil tədbirlərinin təşkili, Avropa və beynəlxalq səhiyyə layihələri kontekstində əməkdaşlıq, məlumat və təcrübə mübadiləsi məqsədilə idarəetmə heyətinin, həkim-mütəxəssislərin, tibb bacılarının və digər səhiyyə işçilərinin mübadiləsi, peşəkar bacarıqların təkmilləşdirilməsi məqsədilə qısamüddətli kurs və təlimlərdə səhiyyə işçilərinin iştirakını təşkil etməkdən ibarətdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır