"Həkimlərimizi tanıyaq!" rubrikası təqdim edir: Anestezioloq Nadir Hünərvari
04.12.2022 10:57

Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikasının budəfəki qonağı Zaqatala Rayon Mərkəzi Xəstəxanasının həkim-anestezioloqu Nadir Hünərvaridir.

 

Nadir Malik oğlu Hünərvari 26 noyabr 1954-cü ildə Zaqatala şəhərində anadan olub. 1972-1979-cu illərdə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda Müalicə işi ixtisası üzrə ali təhsil alıb. 1979-1980-ci illərdə M.Topçubaşov adına Elmi-Tədqiqat İnstitutunda internatura keçib.

O, 1980-1981-ci illərdə Zaqatala rayon Əlibayramlı kənd sahə ambulatoriyasında müdir vəzifəsini icra edib, 1981-ci ildə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində həkim-anestezioloq kimi işə başlayıb və bugünədək rayon mərkəzi xəstəxanasında fəaliyyətini davam etdirir.

 

Bununla yanaşı, Nadir Hünərvari efferet terapiya üsulları, ozon terapiya, kvant şüa terapiyası (qanın ultra bənövşəyi şüalarla şüalanması) ilə də məşğul olur.

 

Həkim 2015-ci ildə Türkiyənin İstanbul şəhərində 2 ay ozon terapiya təlimi alıb. O, 2014, 2015 və 2020-ci illərdə "İlin həkimi" adına layiq görülüb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır