Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında müalicə alan qazilər xəstəxana ilə bağlı təəssüratlarını bölüşüblər - Pasiyent RƏYİ
02.12.2022 16:35
44 günlük Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərmiş, düşmənlə mübarizədə yaralanmış 1990-cı il təvəllüdlü Mingəçevir şəhər sakini Sakit Həsənov xəstəxanada aldığı müalicələrlə bağlı təəssüratını bölüşüb. 
 
Aztibb.az xəbər verir ki, 3-cü qrup əlil olan qazimizin bədəninin müxtəlif nahiyələrində mövcud olan qəlpə yaralarından və sol topuq oynağında hərəkət məhdudluğundan əziyyət çəkdiyi üçün mütəmadi olaraq xəstəxananın xidmətlərindən istifadə edir. Hazırda cərrahiyə şöbəsində həkim cərrah Kamran Qəfərovun tərəfindən müalicə olunur.
 
S.Həsənov xəstəxanada yüksək səviyyəli xidmətlə əhatə olunduğunu bildirib, başda həkim K.Qəfərov olmaqla bütün tibb personalına öz təşəkkürünü bildirib. 
 
Həmçinin Kamran Qəfərovun digər xəstəsi Oğuz rayon sakini, 44 günlük Vətən müharibəsi iştirakçısı, 1991-ci il təvəllüdlü müharibə veteranı Elvin Kazımlı kəskin ağrılarla Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həkim cərrahı Kamran Qəfərova müraciət edib. Xəstə ilkin müayinələrdən sonra laporoskopik “Xolesistektomiya” əməliyyatı olunub. Hazırda özünü yaxşı hiss edən pasiyent Elvin Kazımlı Kamran həkimə öz minnətdarlığını bildirib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır