Heyvanın müalicəvi xüsusiyyətləri: FAYDALI RESEPTLƏR
02.12.2022 15:21

Heyva müxtəlif və çox dadlı kompotların, mürəbbələrin, cemlərin hazırlanmasında geniş istifadə olunur. Heyva, həmçinin çox faydalı müalicəvi məhsuldur.

 

Aztibb.az xəbər verir ki, heyvanın tərkibində bir çox faydalı maddələr - pektinlər, orqanik turşular, efir yağları, dəmir, mis, B qrupu, C vitaminləri, A provitamini (orqanizmdə A vitamininə çevrilir) mövcuddur.

 

- Heyva təbii sakitləşdirici məhsuldur. Stres, gərginlik zamanı heyva kompotu və ya heyva şirəsi (yarıbayarı alma, kök şirəsi ilə qarışdırın) çox yaxşı kömək edə bilər.

 

- Heyva bağırsaqları yaxşı "yığır" və bu səbəbdən bağırsaq infeksiyaları, ishal zamanı çox yaxşı kömək edir. Heyvadan dəmləmə hazırlamaq olar - 1 orta ölçüdə heyvanı yaxşı yuyun, təmizləyin, blenderdən keçirin. Kütləni kiçik termosa töküb üzərinə 1 stəkan qaynar su əlavə edin və 1 saat ərzində dəmləyin. Sonra dəmləməni süzün və gün ərzində için. Belə dəmləmə, həmçinin damaqları möhkəmləndirir, damaqların qanamasını azaldır. Bu dəmləməni xroniki tonzillit (angina) zamanı müalicəvi vasitə kimi istifadə etmək olar (kəskinləşmə dövründə yox!). Dəmləmə ilə boğazınızı qarqara edin.

 

- Heyva dəmləməsi babasil zamanı da islatmalar şəklinə istifadə oluna bilər. Pambıq parçanı bu dəmləmədə isladın və babasil düyünlərinin üzərinə qoyun.

 

- Heyva virus və iltihabəleyhinə təsirə malikdir. Soyuqdəymə və qrip zamanı heyvadan müalicəvi çay hazırlamaq olar. Orta ölçüdə olan heyvanı xırda doğrayın və üzərinə 1 stəkan qaynar su əlavə edib termosda 1 saat ərzində dəmləyin. Daha sonra çayı süzün, bıcağın ucunda darçın və zəncəfil tozu və 1 çay qaşığı bal əlavə edin. Bu çayı gün ərzində 2-3 fıncan olmaqla için.

 

- Adətən heyvanı təmizləyərkən, biz onun iç hissəsini atırıq. Lakin bu iç hissəsindən çox təsirli təbii dərman hazırlamaq olar. Heyva toxumlarının dəmləməsi çox yaxşı iltihabəleyhinə və bəlğəmgətirici vasitədir. 1 xörək qaşığı heyva toxumlarını 1 stəkan qaynar suda 1 saat ərzində dəmləyin, süzün və gündə 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla qəbul edin.

 

- Heyva yarpaqlarının və toxumlarının (birlikdə) dəmləməsi sidikqovucu təsir edir, ödemləri azaldır.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
İmişli Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib