“Azərbaycanda səhiyyədə fövqəladə hallarda icmalarla iş: öyrənilmiş dərslər və gələcəyə baxış” mövzusunda təlim keçirilib
02.12.2022 10:36
Avropa İttifaqının maliyyə dəstəyilə həyata keçirilən COVID-19 əleyhinə Vaksinasiyaya Dəstək layihəsi və Ümumdünya Səhiyyə Təşkilatının Səhiyyədə Fövqəladə Hallar Proqramı çərçivəsində “Azərbaycanda səhiyyədə fövqəladə hallarda icmalarla iş: öyrənilmiş dərslər və gələcəyə baxış” mövzusunda təlim keçirilib.
 
Aztibb.az TƏBİB-ə istinadla xəbər verir ki, təlimdə TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova, Ana və uşaq sağlamlığının təşkili şöbəsinin məsləhətçisi Günel Məmmədova, İxtisaslı tibbi yardım xidmətinin təşkili şöbəsinin mütəxəssisi Şəfiqə İsmizadə iştirak edib.
 
Təlim çərçivəsində Günel Məmmədova “TƏBİB-in Azərbaycanda icmaların iştirakı ilə həyata keçirilən tədbirlər və öyrənilmiş dərslər haqqında” mövzusunda təqdimatla çıxış edib.
 
Təqdimatda ÜST-nin maliyyə dəstəyilə Avropa İmmunlaşdırma həftəsi çərçivəsində Şamaxı rayonunun 6 kəndində keçirilən immunizasiya kampaniyası zamanı keyfiyyətli xidmətin təşkili (immunlaşdırma əhatəliliyin və göstəricilərin artırılması) məqsədilə icmaların cəlb edilməsi, əldə edilmiş müsbət nəticələr, icmaların bu prosesin həyata keçirilməsində rolu barədə məlumatlar verilib.
 
Qeyd edək ki, təlim pandemiyadan öyrənilmiş dərsləri müəyyən etmək və onlardan risk kommunikasiyası və icmalarla işlə bağlı gələcək fəaliyyətlərdə istifadə üçün bilikləri və bacarıqları artırmaq məqsədi daşıyıb.
 
2 gün davam edən təlimdə yerli səhiyyə qurumları, qeyri-hökumət təşkilatları və BMT agentlikləri daxil olmaqla 20-dən çox qurum təmsil olunub. Təlimin sonunda iştirakçılar sertifikatla təltif edilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır