ÜST aşağı və orta gəlirli ölkələri 120 milyon sürətli test dəsti ilə təmin edəcək
29.09.2020 12:42

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) aşağı və orta gəlirli ölkələri təxminən 120 milyon sürətli koronavirus test dəsti ilə təmin edəcək.

 

Bu barədə ÜST-ün baş direktoru Tedros Qebreyesus İsveçrənin Cenevrə şəhərində təşkilatın qərargahında videokonfrans formatında keçirilən mətbuat konfransında məlumat verib. O, bildirib ki, ÜST və onun tərəfdaşları arasında əldə olunan razılaşma əsasında aşağı və orta gəlirli ölkələrə COVID-19 test dəsti təqdim edəcəklər.

 

Sürətli diaqnostika dəstlərinin 15-20 dəqiqə ərzində nəticə verdiyini deyən ÜST rəhbəri hazırda vahid qiymətin hər adam üçün ən çoxu 5 dollar olduğunu vurğulayıb.

 

“Bunlar PCR testlərindən xeyli ucuzdur və qiymətin daha da enəcəyini gözləyirik. ÜST-nin tərəfdaşlarından olan Bill və Melinda Gates Fondunun Abbott və SD Biosensor şirkətləri ilə növbəti altı ay ərzində 120 milyon sürətli test dəsti istehsal edilməsi barədə razılığa gəlinib. Bu, xüsusilə laboratoriya imkanları və ya kifayət qədər təlim keçmiş səhiyyə işçiləri çatışmayan ölkələr üçün vacibdir”, - deyə T.Qebreyesus vurğulayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır