Almaniyada 299 adda dərman vasitəsində çatışmazlıq var
02.12.2022 10:22

Almaniya Federal Dərman və Tibbi Cihazlar İnstitutunun açıqladığı siyahıya görə, ölkədə 299 adda dərman vasitəsində çatışmazlıq var. İnstitut bunun səbəbini Çin və Hindistan kimi ölkələrdən çatdırılmaların qeyri-kafi olması ilə əlaqələndirir.

 

Aztibb.az www.aa.com-a istinadən xəbər verir ki, əczaçılar xüsusilə uşaq və ürək-damar dərmanları, insulin və antibiotiklərlə bağlı problemlərinin olduğunu bildirirlər. Xəstələr təmin edə bilmədikləri dərmanları uzun müddət gözləməli olurlar və bu gözləmə müddəti bəzən 2 həftəyə qədər uzana bilir. Bu vəziyyət xüsusilə uşaq xəstələrdə müalicə müddətinin uzanmasına səbəb olur. 

  

Qeyd edək ki, Alman Əczaçılar Assosiasiyası dərman qıtlığının həlli yolu kimi, Avropada dərman istehsalının artırılması üçün tədbirlər görülməsini və çətin əldə edilən mühüm dərmanların ixracına qadağa qoyulmasını təklif edir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır