Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunan konfrans təşkil edilib
01.12.2022 21:32

Azərbaycan Səhiyyə Nazirliyinin, Ölkə Əlaqələndirmə Komissiyasının və Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) təşkilatçılığı ilə 1 Dekabr - Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunan konfrans keçirilib.

 

Səhiyyə Nazirliyindən Aztibb.az-a bildirilib, açılış mərasimində çıxış edən səhiyyə nazirinin müavini Nadir Zeynalov QİÇS/İİV infeksiyası problemi ilə bağlı mübarizə, o cümlədən bu istiqamətdə elmi araşdırmaların davam etdirilməsini bildirib.

 

Onun sözlərinə görə, digər ölkələrlə müqayisədə Azərbaycanda bu xəstəlik və virus daşıyıcılığı ilə bağlı vəziyyət səhiyyə sahəsinə ağır yük olmayan problem kimi qəbul edilir. Eyni zamanda, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da bu xəstəlik tibbi problemlərlə yanaşı, sosial problemlər də doğurur. Bu sosial-ictimai problemlər virus daşıyıcıları olan şəxslərin stiqmatizasiyası ilə bağlıdır. Onların cəmiyyət tərəfindən qəbul olunmaması, rədd edilməsi, diskriminasiyaya məruz qalması halları var. Tibbi məsələlər tədricən həll edildikcə bu sosial problemlər ön plana çıxır. Bu sahədə böyük işlər görmək lazımdır.

 

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov hazırda ölkəmizdə QİÇS-lə bağlı epidemioloji vəziyyətin tam nəzarət altında olduğunu vurğulayıb: “Təqdirəlayiq haldır ki, Azərbaycanda infeksiyaya yoluxma əsasən yüksək riskli qruplar arasında olur və uzun müddətdir ölkəmizdə bu virusun təmərküzləşmiş mərhələdə saxlanılmasına nail olunub”.

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) departament rəhbəri Yaqut Qarayeva QİÇS pandemiyasının çox uzun zamandır elan olunduğunu və hələ də davam etdiyini bildirib. Qeyd edib ki, QİÇS/İİV infeksiyası ilə bağlı insanlar arasında maarifləndirici tədbirlər həyata keçirilməlidir. Bu problemin qarşısının alınması hər bir insanın öz əlindədir.

 

Tədbirdə “Ölkəmizdə QİÇS/İİV-lə bağlı cari vəziyyət və görüləcək işlər” adlı təqdimatla RQMM-in direktoru Famil Məmmədov çıxış edib. O, Azərbaycanda bu infeksiyanın əsasən yoluxmağa yüksək riskli qruplar arasında yayıldığını deyib: "Risk qrupları arasında aparılan məqsədli fəaliyyət Səhiyyə Nazirliyinin daim dəstəyi sayəsində İİV-infeksiyasının yayılmasını illər boyu məhdud, təmərküzləşmiş mərhələdə saxlamağa imkan verir”.

 

Mərkəzin direktoru, həmçinin statistik məlumatları diqqətə çatdırıb. Onun sözlərinə görə, cari ilin 10 ayı ərzində İİV-ə yeni yoluxma hallarının sayı 695 təşkil edib: “Onlardan 680-i Azərbaycan vətəndaşlarında, 15-i isə əcnəbilərdə aşkarlanıb. Qeydiyyata alınan 680 ölkə vətəndaşından 463-ü kişi, 217-si qadındır. Ümumilikdə 8500 İİV-lə yaşayan Azərbaycan vətəndaşı rəsmi qeydiyyatdadır. QİÇS mərhələsində olan vətəndaşlarımızın sayı 1993 nəfər, İİV infeksiyasından dünyasını dəyişmişlərin sayı isə 1237 nəfərdir”.

 

Tədbirdə mövzu ilə əlaqəli digər təqdimatlar da dinlənilib. Çıxış edənlər ölkəmizdə QİÇS-lə mübarizə sahəsində hökumət və qeyri-dövlət təşkilatlarının əməkdaşlığının verəcəyi səmərəni xüsusi vurğulayıblar.

 

Konfrans öz işini müzakirələrlə davam etdirib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 Quba Regional Perinatal Mərkəzinin komandası 28-ci həftəsində doğulan körpənin həyatını xilas edib   
Hidrogen xərçəng də daxil olmaqla geniş spektrli xəstəlikləri müalicə edə bilər
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının kardioloqu - İlqar Quliyev
Hepatoloq Tofiq Əkbərov Türkiyədə XV Beynəlxalq Hepatoloji Konqresdə iştirak edib  
Endokrinoloq mühüm elementi olan “xərçəng əleyhinə” menyu təqdim edib
Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini onkoloji xəstəlikdən vəfat edib
Həyat yoldaşına böyrəyini bağışladı
Rəşad Mahmudov Lənkəranda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş elmi seminarda çıxış edib
 Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılır - Fərman
Sumqayıtda tədbir: “Azərbaycan səhiyyəsinin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır” 
 Doğuş prosesini təcili tibbi yardım avtomobilində idarə edən tibb işçiləri təltif olunublar   
Estetik cərrahiyyə və kosmetoloji sahədə qanun pozuntularına yol verən 9 klinika rəhbərliyi məsuliyyətə cəlb olunub
Ordubad Rayon Uşaq Xəstəxanasında məktəb şagirdləri üçün tibbi aksiya təşkil olunub
Yuxunun kifayət qədər olmaması orqanizmi infeksiyalara qarşı həssas edir - MÜSAHİBƏ