Vətən müharibəsi qazisi laparoskopik üsulla əməliyyat olunub - Tədris Cərrahiyyə Klinikasında 
01.12.2022 15:37

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının həkimləri Vətən müharibəsinin ilk günündən qazilərimizin qulluğunda dayanaraq onların sağlamlığının bərpası uğrunda çalışıblar. Klinikanın kollektivi tərəfindən savaşda yaralanmış hərbçilərimizə bu gün də zəruri tibbi xidmət göstərilməkdədir. 

 

Aztibb.az ATU-nun rəsmi feysbuk səhifəsinə istinadla xəbər verir ki, Vətən müharibəsində yaralanmış qazi Elşən İsmayılov bu günlərdə Tədris Cərrahiyyə Klinikasında ikinci dəfə əməliyyat olunub.

 

Bu barədə məlumat verən klinikanın Transplantologiya şöbəsinin müdiri Anar Namazov bildirib ki, qazi E.İsmayılov döyüş zamanı qarın boşluğu və döş qəfəsindən mərmi yarası alıb: “Həmin vaxt E.İsmayılov Naftalanda hospitalda ilkin əməliyyat olunmuşdu. Splenektomiya (dalağın xaric olunması) aparılmış, döş qəfəsi BLAU üsulu ile drenaj edilmiş və körpücük sümüyünün sınığı fiksasiya olunmuşdu. Sonradan qazimizin klinikamızda müalicəsi davam etdirilib. Səhhəti yaxşılaşdıqdan sonra E.İsmayılov evə yazılıb. Lakin növbəti müayinələrdə E.İsmayılovda əməliyyatdan sonrakı nəhəng yırtıq aşkar olundu. YAŞAT Fondu və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə qazi tərəfimizdən laparoskopik üsulla əməliyyat olundu və yırtıq aradan qaldırıldı”.

 

Hazırda klinikada müalicəsini davam etdirən qazi E.İsmayılov 25 ilə yaxın hərbi xidmətdə olduğunu, müharibədən öncə 2016-cı ilin Aprel döyüşlərində iştirak etdiyini bildirib: “44 günlük Vətən müharibəsi zamanı Suqovuşan istiqamətində döyüşmüşəm. 2020-ci il oktyabrın 3-də Suqovuşanı azad etdik. Növbəti gün isə döyüşdə ağır güllə və qəlpə yaraları aldım. Ağır vəziyyətdə Naftalandakı hospitala təxliyə olunmuşam. İlk təcili əməliyyatdan sonra isə Bakıya göndərilmişəm. Tədris Cərrahiyyə Klinikasında Anar doktor və tibbi heyətinin köməkliyi ilə sağlamlığıma qovuşub, ailəmin yanına qayıtmışam”.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır