Sumqayıt Tibb Mərkəzində Tibbi sığorta və innovasiya şöbəsinin iclası keçirilib
01.12.2022 14:41
Sumqayıt Tibb Mərkəzində (STM) Tibbi sığorta və innovasiya şöbəsinin iclası keçirilib.
 
STM-in tabeliyində olan tibb müəssisələrinin sığorta mütəxəssislərinin qatıldığı iclasda mövcud vəziyyət təhlil edilib, qarşıda duran vəzifələrdən söhbət açılıb.
 
STM-in Tibbi sığorta və innovasiya şöbəsinin müdir müavini Vəfa Mirzəbəyli sığorta şöbəsinin işinin önəmini, eləcə də düzgün təşkilinin vacibliyini iclas iştirakçılarının diqqətinə çatdırıb. İşin effektiv, operativ və keyfiyyətli aparılmasında mütəxəssislərin məsuliyyətli yanaşmasının vacibliyini vurğulayıb.
 
STM-in Tibbi sığorta və innovasiya şöbəsinin bölmə müdiri Pərviz Əvəzli isə ekspertiza zamanı qarşıya çıxan problemlərdən danışıb. Ekspertlərin nəzərə aldıqları qeydlər müzakirə olunub.
 
Müəssisələrdə rast gəlinən problemlərə toxunulub və həll yolları ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
 
Bununla yanaşı, tibbi sığorta sahəsində yeniliklər mütəxəssislərin nəzərinə çatdırılıb, onları maraqlandıran suallar cavablandırılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır