"Həkimlərimizi tanıyaq!" rubrikası təqdim edir: Fatma Abdullayeva
01.12.2022 14:22

Həkimlik şəfalı, şəfqətli, xeyirxah və humanist bir peşədir. Bütün zamanlarda, xalqlar arasında həkim cəmiyyətin ən çox sevilən və hörmət edilən təbəqəsi sayılıb, onların haqqında hikmətli sözlər yazılıb. 

 

Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikasında söz açacağımız Fatma Abdullayeva da sevilən, seçilən həkimlərimizdəndir. O, mənalı həyatını bütünlüklə şərəfli işinə, müqəddəs peşəsinə, insanların problemlərinə və sağlamlığına həsr edib.

 

Fatma Məmmədrəsul qızı Abdullayeva 3 aprel 1956-cı ildə Zaqatala şəhərində anadan olub. 1973-cü ildə Zaqatala şəhər 1 saylı tam orta məktəbi bitirib, 1973-1980-cı illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda Müalicə işi ixtisası üzrə təhsil alıb və həmin institutda internatura keçib.

 

O, 1980-1982-ci illərdə Muxax kəndində həkim-terapevt, 1982-1983-cü illərdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsində həkim-terapevt, 1983-1994-cü illərdə Car kənd həkim ambulatoriyasında baş həkim vəzifələrində çalışıb.

 

1994-cü ildə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Terapiya şöbəsində həkim-terapevt kimi fəaliyyətə başlayan Fatma Abdullayeva ixtisas dəyişim kursu keçdikdən sonra 1995-ci ildən bugünədək Terapiya şöbəsində həkim-kardioloq vəzifəsini icra edir.

 

Fatma Abdullayeva uzun illərdir Azərbaycan Kardiologiya Cəmiyyətinin üzvüdür. O, cəmiyyətin kardioloji konfranslarında, seminarlarında fəal iştirak edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır