Bəzi qida məhsullarının acqarına qəbul edilməsi ürək-damar sistemində patoloji dəyişiklərə səbəb ola bilər - Terapevt
30.11.2022 16:35

Məsləhət görülməyən qida məhsullarının ac qarına qəbul edilməsi 2-ci tip şəkərli diabet və ya ürək-damar sisteminin işində patoloji dəyişiklərə səbəb ola bilər.

 

Aztibb.az doctorpiter.ru saytına istinadla xəbər verir ki, terapevt və qastroenteroloq Aleksandra Yakovleva müsahibəsində acqarına istifadə edilməsi qəti məsləhət görülməyən qida məhsulları barədə danışıb. Xüsusilə, o qeyd edib ki, boş, qida ilə doldurulmamış mədə kofein almamalıdır.

 

“Yuxudan oyanandan sonra acqarına qəbul edilən bir fincan qəhvə xoşagəlməz fəsadlara gətirib çıxara bilər, çünki mədədə xlorid turşusu istehsalını stimullaşdırır və selikli qişanı qıcıqlandırır”, - deyə Yakovleva izah edib.

 

Bundan başqa, un məhsulları, xüsusilə, sənaye istehsalı un məhsulları, acqarına istehlak edilmək üçün təhlükəlidir. Mağazadan alınan çörəklər, tostların tərkibində yüksək dozada şəkər, transyağlar ola bilər. Qəbul edildikdən sonra belə qida məhsulları qanda şəkəri kəskin şəkildə artırır, insulin ifrazını çoxaldır. Mütəmadi olaraq səhərlərin bu cür qida məhsulları ilə başlanması çəkidə artım, prediabet və 2-ci tip şəkərli diabetə səbəb ola bilər.

 

"Enerji dəyəri baxımından dənli bitkilər, müsli və quru yeməklər zərərli hesab olunur", - deyə Yakovleva əlavə edib.

 

Bundan əlavə, səhər yeməyində təzə sıxılmış şirələr, çiy tərəvəz və meyvələrə yer yoxdur, - deyə həkim izah edib. Bu qida məhsulları və içkilər turşular, şəkər və qaba liflə zəngindir - acqarına istehlak edildikdə, bütün bunlar mədə-bağırsaq traktının zərif toxuması üçün təhlükəli olur, insanı qastrit, mədə xorası, qıcqırmaya meylli edir.

 

Fermentləşdirilmiş süd məmulatları da acqarına yeyildikdə təhlükəlidir. Yakovleva xatırladıb ki, bu cür qida məhsulları həzm traktında faydalı bakteriyaların fəaliyyətini stimullaşdırır, lakin bu, mədədə müəyyən qidaların olması şərtilə baş verir.

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Mərkəzi Klinika vakansiya elan edir
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
 ATU-da Data-analitika və Süni İntellekt Laboratoriyasının açılışı olub   
Yardımlının Təşkən və Səpəradi kəndlərində tibbi AKSİYA
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə olunub
Günəş şüalarının dəriyə təsiri və ondan necə qorunmalıyıq?