Vegetarian pəhrizi kişilərdə bağırsaq xərçəngi riskini 22 faiz azaldır - TƏDQİQAT
30.11.2022 15:35

Alimlərin araşdırmasına görə, tərəvəz, kəpəkli un məmulatları və lobya ilə zəngin vegeterian pəhrizi kişilərdə qalın bağırsaq xərçəngi riskini azalda bilər.

 

Aztibb.az medimagazin.com.tr-yə istinadla xəbər verir ki, Cənubi Koreyalı tədqiqatçılar iyirmi il ərzində təxminən 80.000 kişinin məlumatlarını təhlil edərək, daha çox bitki yeyənlərin xərçəngə tutulma ehtimalının az yeyənlərə nisbətən 22 faiz az olduğunu aşkar ediblər. 

 

Bağırsaq xərçəngi hər 23 kişidən birində rast gəlinir və bu, dünyada üçüncü ən çox yayılan xərçəng növüdür. Hesablamalara görə, hər il təxminən 100.000 amerikalı xəstəliyə bu diaqnoz qoyulur.

 

"BMC Medicine"də dərc edilən araşdırma Los-Anceles və Havaydan olan 79.000 kişi və 93.000 qadın iştirakçı üzərində aparılıb. 

 

Cənubi Koreyadanın Kyung Hee Universitetinin tədqiqatçısı Jihye Kim tədqiqat barədə deyib: "Biz hesab edirik ki, meyvə, tərəvəz və bütöv dənli bitkilər kimi qidalarda olan antioksidanlar xərçəngə səbəb ola biləcək xroniki iltihabı boğaraq bağırsaq xərçəngi riskini azaltmağa kömək edə bilər".

 

Tədqiqatçılar kişilər arasında əlaqənin irq və etnik mənsubiyyətə görə dəyişdiyini də tapıblar. Məsələn, yapon əsilli amerikalı kişilər arasında xərçəng riski 20%, ağdərili kişilər arasında isə 24% azalıb.

 

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Təcili tibbi yardım briqadaları doğuş proseslərini uğurla icra edib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Mərkəzi Gömrük Hospitalının travmatoloqu AZTV-yə müsahibə verib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır