Farmakonəzarət sisteminin təşkilinə dair müzakirələr aparılıb
29.11.2022 21:31

Binəqədi Tibb Mərkəzində "Farmakonəzarət sisteminin təşkili və bu işdə həkimlərin rolu" adlı maarifləndirici tədbir keçirilib.

 

Mərkəzdən Aztibb.az-a verilən məlumata görə, tədbirdə Binəqədi Tibb Mərkəzinin direktoru Əsədulla Sultanov farmakonəzarət sisteminin təkmilləşdirilməsinin vacibliyini qeyd edib. O, həkimlərin müalicə prosesində pasiyentlərə tərkibindən əmin olduqları və effektivliyinin yüksək olduğu təsdiqlənmiş dərman preparatlarını istifadə etmələrini xüsusi vurğulayıb.

 

Daha sonra Binəqədi Tibb Mərkəzinin farmakonəzarət üzrə məsul şəxsi Kəmalə Seyidova təqdimatla çıxış edərək bütün tibb müəssisələrində farmakonəzarətin önəmini qeyd edib.

 

Sonda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır