İSİM-də ÜST-nin Avropa Regional ofisinin və ABŞ-ın İnfeksiyalara Nəzarət Mərkəzinin nümayəndələri ilə görüş keçirilib
29.11.2022 16:51
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisinin, ABŞ-ın İnfeksiyalara Nəzarət Mərkəzinin (US CDC) nümayəndələri ilə görüş olub.
 
Nazirlikdən Aztibb.az-a verilən xəbərə görə, görüşdə “COVID-19 xəstəliyinə qarşı peyvəndin effektivliyinin dəyərləndirilməsi” üzrə ölkəmizdə keçirilən tədqiqatla bağlı fikir mübadiləsi aparılıb, layihə iştirakçıları ilə əldə edilən nəticələr müzakirə olunub.
 
Görüşdə tədqiqatın gedişatı barədə İSİM tərəfindən hazırlanmış video-çarx təqdim edilib və tədbir iştirakçılarının sualları cavablandırılıb.
 
Qeyd edək ki, ÜST-nin Avropa Regional ofisinin və ABŞ-ın İnfeksiyalara Nəzarət Mərkəzinin nümayəndələrindən ibarət heyətin Azərbaycanda səfərdə olacağı müddətdə tədqiqatın aparıldığı bəzi xəstəxanalarda tibb işçiləri ilə görüşlər keçiriləcək, həmçinin tədqiqatın ilkin nəticələrinin bütün aidiyyəti tərəfdaşların iştirakı ilə geniş müzakirəsi və gələcək üçün tövsiyələrin hazırlanması məqsədilə dəyirmi masa təşkil olunacaq.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır