"Həkimlərimizi tanıyaq!" - Təcrübəli psixoloq Günel İsmayıllı 
29.11.2022 21:26
“Həkimlərimizi tanıyaq!” rubrikamızda xoş xasiyyəti ilə pasiyentlərin rəğbətini qazanmış Sumqayıt Tibb Mərkəzinin (STM) 1 nömrəli Şəhər Xəstəxanasının psixoloqu Günel İsmayıllıdan bəhs edəcəyik.
 
Günel İsmayıllı 1986-cı ildə anadan olub. 2004-2008-ci illərdə Bakı Dövlət Universitetində Psixologiya ixtisası üzrə təhsil alıb.
 
O, 2017-ci ildə Psixoloji mərkəzdə psixoloq kimi işə başlayıb. 2019-2020-ci illərdə "Hippokrat" Tibb Mərkəzində psixoloq vəzifəsində çalışıb.
2021-ci ildə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) "Hərbçi, qazi və şəhid ailələrinə psixoloji dəstək layihəsi"ndə psixoloq işləyib.
 
Həkim 2018-ci ildə "Ailə terapiyasında genoqram model" beynəlxalq təlimində, 2019-cu ildə "EMDR terapiya" və "Koqnitiv davranış terapiyası" adlı beynəlxalq təlimlərdə, "Yetişkinlərdə psixodiaqnostika və psixoterapiya" təlimində, eləcə də "Klinik sağlamlıq psixologiyası" elmi praktiki beynəlxalq təlimdə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin "Münaqişədən əziyyət çəkən əhaliyə psixososial dəstək" beynəlxalq təlimində və Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, TOGEM-DER və Ankara Universitetinin psixososial dəstək məqsədilə təşkil etdiyi "Qazilərin gücləndirilməsi layihəsi" adlı beynəlxalq təlimdə iştirak edib.
 
Günel İsmayıllı hazırda "For Azerbaijan", İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı ilə Amerika Klinik psixoloqları tərəfindən qazilərə psixoloji xidmətin keyfiyyətinin artırılması məqsədilə beynəlxalq terapiya kursunda təhsil almaqdadır.
 
O, 2022-ci ilin avqustun 1-dən STM-in 1 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsində psixoloq vəzifəsində çalışır.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır