"Həkimlərimizi tanıyaq!" rubrikası təqdim edir: Cəbrayıl Vəlizadə
29.11.2022 14:29
“Həkimlərimizi tanıyaq!” rubrikamızda zəngin iş təcrübəsinə malik peşəkar həkim, Qazax Müalicə Diaqnostika Mərkəzinin cərrahı Cəbrayıl Vəlizadə haqqında məlumatları təqdim edirik.
 
Cəbrayıl Vəlizadə 1956-cı ildə Qazax şəhərində anadan olub. 1973-cü ildə orta məktəbi qızıl medalla bitirib və həmin il Azərbaycan Tibb İnstitutuna qəbul olub. Təhsil aldığı müddətdə Lenin təqaüdünə layiq görülüb, tələbəlik illərində “Ən yaxşı tələbə elmi işinə görə” medalı ilə təltif olunub. 1979-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirib.
 
O, 1979-1980-ci illərdə Bakı şəhəri “Təcəli yardım” xəstəxanasında "cərrahiyyə" ixtisası üzrə internaturadan keçib.
 
1980-1983-cü illərdə Şuşa Mərkəzi Xəstəxanasında həkim-cərrah işləyib. 1983-1985-ci illərdə SSRİ Tibb Elmlər Akademiyasının Vişnevski adına Cərrahiyyə İnstitutunda “Cərrahiyyə” ixtisası üzrə ordinatura təhsili alıb.
 
Cəbrayıl Vəlizadə 1986-2015-ci illərdə Qazax Rayon Mərkəzi Xəstəxanasında həkim-cərrah işləyib. 2002-ci ildə xəstəxananın Cərrahiyyə şöbəsinin müdiri vəzifəsində çalışıb. 2015-ci ildən isə Qazax Müalicə Diaqnostika Mərkəzində həkim-cərrah kimi fəaliyyətini davam etdirir.
 
O, 2005-2009-cu illərdə Qazax Bələdiyyəsinin üzvü seçilib.
 
2020-ci ildə ölkə Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır