Fiziologiya İnstitutunun baş direktoru beynəlxalq forumda iştirak edib
29.11.2022 14:58

Qazaxıstanın Astana şəhərində Qazaxıstan Respublikası Prezidentinin İşlər İdarəsinin Tibb Mərkəzi və Qazaxıstan Respublikasının Səhiyyə Nazirliyinin birgə dəstəyi ilə “Şipajay-2022” beynəlxalq elmi-praktik forumu keçirilib.

 

Aztibb.az-ın xəbərinə görə, forumda AR Elm və Təhsil Nazirliyinin akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru, Azərbaycan Fizioloqlar Cəmiyyətinin sədri, b.e.d., professor Ulduz Həşimova iştirak edib. 

 

O, “Naftalan neftinin müalicəvi təsir mexanizmləri” mövzusunda plenar məruzə ilə çıxış edərək, Fiziologiya İnstitutunda Azərbaycanın unikal milli sərvəti olan Naftalan neftinin bioloji effektlərinin öyrənilməsi üzrə aparılan innovativ tədqiqatların nəticələrini təqdim edib. 

 

Ulduz Həşimova qeyd edib ki, bu gün tibbi reabilitasiya və sanatoriya-kurort sektorunda geniş tətbiq olunan müalicə-profilaktika metodları, o cümlədən Naftalan neftinin kurort-reabilitasiya industriyasında istifadəsi, uzun illər boyu elmi laboratoriyalarda toplanan biliklərə əsaslanır. Professor çıxışında naftalan neftinin müalicəvi təsirinin müasir elmin açdığı imkanlardan istifadə etməklə daha dərindən öyrənilməsinin aktuallığını xüsusilə vurğulayıb.

 

Məruzə digər ölkələrin təmsilçiləri tərəfindən böyük maraqla qarşılanıb.

 

Forum çərçivəsində tibbi reabilitasiya və sanatoriya - kurort sektorunun inkişaf perspektivləri və bu inkişafın təmin edilməsində müasir elmi innovasiyaların roluna dair müzakirələr aparılıb.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır