Mərkəzi Gömrük Hospitalında “Təməl həyata dəstək və ilk yardım” təlimləri keçirilir  
29.11.2022 12:43
Dövlət Gömrük Komitəsi (DGK) Tibbi Xidmət İdarəsinin Sanitar-karantin xidməti tərəfindən “Təməl həyata dəstək (BLS) və ilk yardım” mövzusunda təlimlər keçirir.
 
Gömrük Hospitalından Aztibb.az-a verilən məlumata görə, noyabrın 28-dən başlanan və dekabrın sonunadək davam edəcək təlimlər DGK strukturuna daxil olan qurumların məsul şəxsləri üçün nəzərdə tutulub.
 
Məqsəd xüsusi həyati təhlükəli hallar zamanı həkimə qədər ilk yardımın göstərilməsi ilə bağlı bilgi verməkdir. Təlim iştirakçılarına ilk yardım çantalarında olan vasitələrdən istifadə etməklə ilk yardımın göstərilməsinə dair nəzəri və praktiki məşğələlər keçirilir. Təlimin sonunda gömrükçülər “İlk yardım” sertifikatı əldə edirlər.
 
Onu da bildirək ki, təlimləri DGK Tibbi Xidmət İdarəsi Sanitar-karantin xidmətinin ərazi üzrə baş müfəttişləri aparırlar. Təlimlər Dövlət Gömrük Komitəsinin Bakı, Abşeron və Sumqayıt əraziləri üzrə Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalında, Şimal, Cənub və Qərb əraziləri üzrə isə ayrılmış xüsusi otaqlarda keçirilir.
 
Müəllif: Səadət Məmmədova
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib