Tibb Universitetində narkomaniyaya qarşı maarifləndirmə tədbiri keçirilib
29.11.2022 11:22

Noyabrın 28-də Azərbaycan Tibb Universitetində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyinin “Narkomaniya və zərərli vərdişlərə qarşı mübarizəyə dair maarifləndirmə tədbirləri” layihəsi çərçivəsində tədbir keçirilib.

 

Universitetdən Aztibb.az-a bildirilib ki, tədbirdə layihə rəhbəri Vidadi Fətullayev gənc nəslin sağlamlığının qorunması sahəsində ölkəmizdə həyata keçirilən islahatlardan, dövlət qurumlarının bu sahədə apardığı mübarizədən, narkotik vasitələr və zərərli vərdişlərin insan həyatı və cəmiyyətimiz üçün fəsadlarından danışıb, gənclərimizi zərərli vərdişlərdən uzaq durmağa çağırıb. O, ölkə başçısı İlham Əliyevin bu il Gənclər Günündə zərərli vərdişlərə qarşı səsləndirdiyi fikirlərin gənclərimiz üçün bir şüar olduğunu vurğulayıb və tədbirin keçirilməsinə şərait yaratdığına görə universitet rəhbərliyinə təşəkkür edib.

 

Daha sonra Bakı Şəhər Narkoloji Mərkəzin klinik-psixoloqu Günay Babayeva çıxış edərək narkotik və psixotrop maddələr, onların səbəb olduğu xəstəliklər barədə iştirakçılara ətraflı məlumat verib. Mütəxəssis “Ağ ölüm”ün əsasən gənclər arasında yayıldığını bildirib, onların hansı mühitdə, necə narkotik vasitələrin təsiri altına düşməsi, cəmiyyətdə özlərini necə aparmaları, davranışları və özlərini bu bəladan necə qorumalarından danışıb.

 

Sonda tədbir iştirakçılarına maarifləndirici bukletlər və çap materialları paylanılıb.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib