Mərkəzi Gömrük Hospitalının uzman uroloqu SAMİR AĞALAROV
29.11.2022 10:57
Aztibb.az-ın “Həkimlərimizi tanıyaq!” rubrikasında Mərkəzi Gömrük Hospitalının Urologiya şöbəsinin uzman uroloqu Samir Ağalarovu oxuculara təqdim edirik.
Samir Ağalarov 2002-2010-cu illərdə Türkiyə Respublikası Erciyes Universitetinin Tibb fakültəsində, 2014-2019-cu illərdə Türkiyə Respublikası Okmeydanı Təhsil və Tədqiqat xəstəxanasının Urologiya şöbəsində "urologiya-andrologiya" ixtisası üzrə uzmanlıq təhsili alıb.
Əmək fəaliyyətinə 2012-ci ildə Türkiyə Respublikasında Bodrum Acıbadem Xəstəxanasında təcili tibbi yardım həkimi kimi başlayan Samir həkim 2014-cü ilədək burada çalışıb.
2019-cu ildə Azərbaycana qayıdan Samir Ağalarov 2019-2021-ci illərdə ölkəmizin özəl tibb müəssisəsində uroloq-androloq işləyib. O, 2021-ci ildən Mərkəzi Gömrük Hospitalının Urologiya şöbəsində uroloq-androloq kimi fəaliyyət göstərir. Uzman həkim Mərkəzi Gömrük Hospitalında tibb sahəsində varikosel, Hipospadias, böyrək və sidik axarı daşları, prostat adenoması, onkoloji xəstəliklə və digər uroloji xəstəliklərin müayinə və müalicəsi ilə məşğul olur.
O, daim öz bilik və bacarıqlarını inkişaf etdirərək, ölkə daxilində və xaricində keçirilən müxtəlif beynəlxalq elmi konfanslarda iştirak edir. Samir həkim 2015-ci ildə Türkiyənin İzmir şəhərində Türkiyə Urologiya Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən ll Dünya Endourologiya konqresində “Tək böyrəkli transplant xəstəsində mövcud olan daşın qapalı cərrahiyyəsi” mövzusunda çıxış edib.
Həmçinin 2016-cı ildə Fransa Uroloji Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən “Endourologiyanın problemləri” konqresində, 2017-ci ildə Türkiyə Urologiya Cəmiyyətinin Təşkilatçılığı ilə XXVl Beynəlxalq Urologiya konqresində, 2019-cu ildə İstanbul Acıbadem Taksim xəstəxanasının təşkilatçılığı ilə “Laparoskopik və Robotik canlı cərrahiyyə” kursunda, 2022-ci ildə Türkiyə Urologiya Cəmiyyətini təşkilatçılığı ilə keçirilən 31-ci Milli Urologiya konqresində iştirak edib.
Samir Ağalarov Avropa Urologiya Cəmiyyətinin, Amerika Urologiya Cəmiyyətinin və Türkiyə Uroloji Cərrahlar Cəmiyyətinin üzvüdür.
Həkimin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.
Bu bölməyə aid digər xəbərlər
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
YAP-nın VIII Qurultayından irəli gələn vəzifələr və səhiyyə sahəsinin qarşısında duran hədəflər müzakirə olunub
20.10.2026 | 10:57
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
20.10.2026 | 09:05
20 oktyabr – Ümumdünya Osteoporozla Mübarizə Günüdür
20.10.2026 | 08:17
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
19.10.2026 | 15:02
Baş Klinik Hospitalda mürəkkəb açıq ürək əməliyyatı uğurla icra olunub
19.10.2026 | 12:26
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

